Gundemxeber.az » Siyasət » “Financial Times”: “Azərbaycan və Ermənistan liderləri sülh danışıqlarını bərpa edəcəklər”
“Azərbaycan və Ermənistan liderləri bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Belə ki, Qərb müttəfiqləri son hərbi əməliyyatlardan sonra tərəflər arasında vasitəçilik səylərini gücləndirirlər”.
Bu barədə “Financial Times” nəşri görüşlə bağlı məlumata sahib olan üç rəsmi şəxsə istinadən xəbər verib.
“Avropa Şurasının Prezidenti Şarl Mişel bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirəcək”, - deyə qəzet yazıb.
Bu, fevralda Münhendəki danışıqlardan və iki ölkənin xarici işlər nazirlərinin keçən həftə Vaşinqtonda apardığı geniş müzakirələrdən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.
İki rəsmi şəxsin məlumatına görə, üç lider həmçinin iyunun 1-də daha bir görüş keçirməyi planlaşdırır. Görüşün Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla keçirilməsi nəzərdə tutulur.
Danışıqlarda Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaq qərarının diqqət mərkəzində olacağı ehtimal edilir. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası, məhbus mübadiləsi və minlərlə minanın zərərsizləşdirilməsi səyləri də müzakirə mövzusu olacaq.
Gundemxeber.az
31-05-2018, 15:34
8-04-2022, 12:27
19-04-2022, 11:29
14-01-2019, 14:28
29-03-2019, 11:00
Sorğu
Yeni dizaynımız necədir?