GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Pəhləvilərdən fərqlənməyən Tehran rejimi – bunu təsdiqləyən may hadisələri – ŞƏRH

Pəhləvilərdən fərqlənməyən Tehran rejimi – bunu təsdiqləyən may hadisələri – ŞƏRH

Tarix: 11-05-2023, 18:30 Bölmə :Siyasət Baxış: 265


Güney Azərbaycan türkünün milli özünüdərk şüurunun inkişafı milli dövlətçiliyin yaranmasına təkan olacaq. Saxta Pəhləvi rejiminin dövlət siyasəti səviyyəsində başlatdığı və günümüzdə də davam edən fars şovinist siyasətinin hədəfi güney azərbaycanlıların bu istiqamətdə özünüdərkinə mane olmaqdır.

Qeyd edək ki, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilən qondarma Pəhləvi sülaləsinin əsas hədəfi türkləri təhqir etmək, aşağılamaq olub. Pəhləvi ideoloqları azərbaycanlıları təhqir etmək üçün “torke-xər” ifadəsini düşünüb, təbliğ edib. Çünki panfarsçılar türk sözündən qorxurdular. Ona görə də türklərin “azəri” olduğunu iddia edərək saxta düşüncə sistemini ortaya qoydular. Bu yolla türk sözünü düşüncələrdən silməyə çalışırdılar. Ancaq fars şovinistlərinin bu hiyləsi başa tutmadı. Türklər milli varlıqları uğrunda mübarizəni dayandırmayıb, 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətini qurmaqla adları, hüquqları uğrunda mübarizənin davam etdiyini bir daha göstərdilər. Məhəmmədrza şah Pəhləvi də atası Rza şahın antitürk siyasətini davam etdirdi.

Əslində, 1979-cu il inqilabının İranda fars şovinistlərinin dövlət səviyyəsində həyata keçirdikləri milli ayrı-seçkiliyə və fars olmayanların assimilyasiyasına son qoyacağı düşünülürdü. Çünki hakimiyyətdəki dini kəsim islam ideologiyası əsasında ümmət və ümmətçiliyi təbliğ edirdi. Bütün etnik qrupların bərabərliyi ideyasını vurğulayırdılar. Ancaq onların bu yalanının üstü heç 40 gün çəkmədən açıldı. İranın həmin dövrdə qəbul olunan yeni konstitusiyasında fars olmayanlar etnos kimi deyil, qövm, tayfa kimi təqdim edilməklə milli ayrı-seçkiliyin davam etdiyi təsdiqləndi.

Din pərdəsi altında mövcudluğunu davam etdirən Tehran rejimi pəhləvilərdən qalma panfarsçılıq siyasətini davam etdirir. Bu ruhda tərbiyə olunan İran vətəndaşları türkləri təhqir etməyi adi hal hesab edirlər. 2006-cı il mayın 12-də İran İslam Respublikası Xəbər Agentliyinə aid olan “İran” qəzetinin həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində “Həşəratların (tarakanlar nəzərdə tutulur - S.İ.) bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlığı altında karikatura dərc olunmuşdu. Cavabında isə həşərat belə cavab verir: “Nəmənə?” (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura onların dialoqu ilə davam edir..

Bu şovinist, faşist görüşlü material yayılandan bir həftə sonra, mayın 22-ə güney azərbaycanlı tələbələr Tehran Universitetində etiraz məqsədilə nümayiş təşkil ediblər. Azərbaycanlı gənclər "Haray, haray mən türkəm!", “Türkün dili ölməz, fars dilinə dönməz!", "Azərbaycan əyilməz, türkün beli bükülməz!", "Ya azadlıq, ya ölüm!", "Rədd olsun fars faşizmi!" kimi şüarlarla aksiya keçirməyə başladı.

Tehran rejiminin başlatdığı antitürk və anti-Azərbaycan davranışına Güney Azərbaycanın və İranın müxtəlif şəhər və rayonlarında milyonlarla Azərbaycan türkünün iştirakı ilə etiraz aksiyası keçirilib. Tehran, Zəngan (Zəncan), Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav (Meşkin), Qoşaçay, Sulduz və Mərənd şəhərlərində etiraz yürüşləri olub.

İran hakimiyyəti baş verən şovinist hadisənin qarşısını almaq üçün günahkarları cəzalandırmaqdansa, milli varlıqlarını təhqirdən qorumaq üçün etiraz aksiyası keçirənlərə divan tutdu. Rejimin qanunazidd hərəkəti nəticəsində 200-ə yaxın şəhid etirazçını sayğı və sevgi ilə yad edirik. Rejimi hərbi-polis qüvvələrinin aksiyalara hücumu nəticəsində yüzlərlə etirazçı yaralanmışdı. Hakimiyyət 330 aksiyaçını həbs etdiyini etiraf etmişdi. Bu hadisədən sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla ölkənin tanınmış şəxsləri, hətta panfarszmin ideoloqları belə Azərbaycan türklərini tərifləməyə, onların ölkə həyatında oynadıqları tarixi aparıcı roldan danışdılar

Karikaturanın müəllifi Mana Neyestani üzrə istədi, onun Dubaya yola salındığı barədə məlumatlar yayıldı. “İran” qəzeti 5 ay bağlı qaldı. Bundan sonra nəşr fəaliyyətini davam etdirdi. İran məhkəməsi qəzetin redaksiya heyəti və rəhbəri Qulamhüseyn İslamifərə bəraət verdi. Rejimin “ədalət məhkəməsi” karikaturanın türkləri təhqir etmədiyini bildirərək cinayət işini bağladı.

Silahsız, dinc etiraz aksiyasına atəş açıb, yüzlərlə azərbaycanlını qətl edən hərbi-polis qüvvələrinin nə başçıları, nə də sıraviləri cəzalanmadı. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri , Seyid Kazim Şəriətmədarinin başçılıq etdiyi hərəkatlar kimi türkün milli varlığını qoruması uğrunda apardığı may aksiyaları da qan içində boğuldu.

Hadisələr İrandakı rejimin Azərbaycan türkünün milli-mədəni haqqının təmin olunmasına münasibətini dəyişmədi.

Bu, türkə qarşı düşmənçilik edib, onun milli varlığını danan, dil haqqını verməyən, “Türklərsiz İran!” şüarını irəli sürən panfarsçı Tehran rejimidir. May hadisələri bir daha sübut etdi ki, Xomeyninin, Xaməneinin, Əhmədinejatın (hadisələr zamanı İranın Prezidenti idi), Rəisinin Rza və Məhəmmədrza pəhləvilərdən heç bir fərqi yoxdur. Elə bu səbəbdən də son hadisələr zamanı Güney Azərbaycan türkləri ölkə daxilində və xaricində “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını irəli sürürlər.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Türklər fars rejiminin dərsini verdi" - Mahmudəli Çöhrəqanlı

    "Türklər fars rejiminin dərsini verdi" ...

    10-11-2015, 16:37

  • 
  • Zərdüştün bütün yaradıcılığı türklərə nifrət üstündə köklənib

    Zərdüştün bütün yaradıcılığı türklərə nifrət ...

    16-11-2015, 16:38

  • 
  • Azərbaycanın bütövlüyünə doğru

    Azərbaycanın bütövlüyünə doğru ...

    16-12-2012, 13:34

  • 
  • Türk oldu azəri,  azərbaycanlı

    Türk oldu azəri, azərbaycanlı ...

    22-11-2016, 02:36

  • 
  • Fars polisi Guney Azərbaycanlı xanımı binanın damından itələyərək öldürdü...

    Fars polisi Guney Azərbaycanlı xanımı binanın ...

    18-11-2022, 08:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu