Gundemxeber.az » Siyasət » Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Gundemxeber.az xəbər verir ki, müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, - dövlət başçısının müraciətində bildirilib.
Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan ərazilərində mina yerləşdirilməsinin davam etdirilməsi üçün istifadə etdiyi qeyd olunub.
Gundemxeber.az
5-04-2021, 10:21
8-10-2020, 12:38
24-12-2020, 10:05
15-08-2020, 11:34
16-10-2020, 14:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?