GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib, Əli Əsədov çıxış edib - YENİLƏNİB

Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib, Əli Əsədov çıxış edib - YENİLƏNİB

Tarix: 8-06-2023, 16:37 Bölmə :Siyasət Baxış: 197

Rusiyanın Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

 Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasdan əvvəl Ə.Əsədov və digər nümayəndə heyətlərinin başçıları “Sirius” Elm və İncəsənət Parkında “Avrasiya bizim evimizdir” adlı sərgi ilə tanış olublar.

Ə.Əsədov Şuranın məhdud tərkibli iclasında çıxış edərək, MDB-nin iştirakçı dövlətlərinin hökumət başçılarına onların ölkələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli çoxsaylı tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.

Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolu vurğulanıb.

Bununla bağlı MDB Oyunlarına toxunan Ə.Əsədov bildirib ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.

Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, “Formula-1” Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.

“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, - deyə Ə.Əsədov əlavə edib.

Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Baş nazir deyib: “2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb. Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq”.

Mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı qeyd olunub. 

“Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov bildirib.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.

MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçıları Şurasının diqqəti Azərbaycanda bu sahədə görülmüş işlərə yönəldilib.

“Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı şirkətləri ilə birgə artıq bir sıra iri layihələr icra olunur”, - deyə Ə.Əsədov əlavə edib.

Eyni zamanda Azərbaycanın yaşıl enerji gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduğu bildirilib.

İclas iştirakçıları regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirmək əzmindədir.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib.

İclasın yekunlarına əsasən, Birlik çərçivəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.

13:35

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.

Tədbirin açılışında çıxış edən Rusiyanın Baş naziri Mixail Mişustin ölkəsinin MDB-də əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu vurğulayıb.

“Xalqlarımızı çoxəsrlik tariximiz, ümumi mədəni və sivilizasiya kodumuz birləşdirir. Biz ən çətin vəziyyətlərdə birlikdə işləməyə, qarşılıqlı faydalı həll yollarını tapmağa qadirik”, - deyə Mişustin əlavə edib.

O, Qırğızıstan Respublikasının sədrliyi ilə bugünkü görüşün belə tərəfdaşlıq şəraitində keçiriləcəyinə əminliyini də bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya hökumət başçısının dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edir. Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası başlayıb

    Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası ...

    28-09-2018, 12:01

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    16-10-2015, 12:13

  • 
  • Novruz Məmmədov Nazarbayevlə görüşdü

    Novruz Məmmədov Nazarbayevlə görüşdü ...

    2-11-2018, 16:25

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edib

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    11-10-2019, 15:13

  • 
  • Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib (FOTO)

    Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət ...

    28-09-2018, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu