Gundemxeber.az » Siyasət » Rəsmi Moskva: “ABŞ Rusiyanı Azərbaycan-Ermənistan nizamlanmasından sıxışdırıb çıxarmaq istəyir”
“ABŞ Rusiyanı Azərbaycan-Ermənistan arasında sülh prosesindən sıxışdırmağı qarşısına məqsəd qoyub”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Məncə, Birləşmiş Ştatlar hər yerdə eyni şeyə nail olmağa çalışır: bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmaq, digər tərəfdən isə Rusiyanın tərəfdaşı və müttəfiqi olan müstəqil dövlətləri neokolonial üslubda özünə tabe etmək, dostlarımız və qonşularımızla tərəfdaşlığımızın və müttəfiqliyimizin qarşısını almaq. Bu, həmişə ABŞ-nin əsas narahatçılığı olub”, - deyə o bildirib.
XİN rəhbərinin müavini vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Üçtərəfli Bəyanatı əsasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına alternativ yoxdur.
Bununla belə, o, Rusiyanın digər dövlətlərin Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməsinin əleyhinə olmadığını vurğulayıb.
“Amma bu kömək sözdə deyil, əməldə və liderlərin əldə etdiyi (gördüyümüz kimi, bütövlükdə uğurla həyata keçirilən) fundamental əsaslı razılaşmalara uyğun olmalıdır”, - deyə Qaluzin əlavə edib.
GUNDEMXEBER.AZ
12-06-2020, 16:28
9-10-2018, 10:35
15-09-2014, 15:11
30-07-2017, 15:26
2-11-2018, 16:37
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?