GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin Şuşa Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir

Prezidentin Şuşa Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir

Tarix: 24-07-2023, 13:08 Bölmə :Siyasət Baxış: 233

Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.


AZƏRTAC xəbər verir ki, Şuşada Qlobal Media Forumu Rusiya mətbuatı tərəfindən geniş işəqlandırılıb.

TASS agentliyində "argumenti.ru”, "iz.ru”, "mk.ru” saytlarında yayımlanan informasiyalarda Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, Bakıda keçirilən Rusiya-ABŞ dialoqu, ölkəsinin Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılması, Transxəzər layihəsi ilə bağlı fikirlərinə geniş yer verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Prezidenti indiki şəraitdə Rusiya ilə ABŞ arasında təmasların potensial olaraq Azərbaycanda yenə də bərpa edilə biləcəyini bildirib. İki ölkə arasına münasibətlərə gəlincə, dövlət başçısı Bəyannamə imzalanandan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu deyib.

Əlcəzairin "al24news” portalı da Şuşada keçirilən Qlobal Media Forumundan yazıb. Bildirilib ki, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu media sahəsində yeni tendensiyalar üzrə ən yaxşı təcrübələr barədə fikri mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.

Ümumi müzakirələr zamanı çıxış edən ekspertlər və mütəxəssislər vurğulayıblar ki, media sənayesində qabaqcıl texnologiyalardan geniş istifadə və qlobal rəqəmsallaşma bütün dünyada yeni media mənzərəsinin və bu sektorda yeni dinamikanın yaranmasına səbəb olub.

"albawabhnews.com” saytında dərc olunan məqalədə Prezident İlham Əliyevin xüsusilə Ermənistanla müharibədə Qələbədən sonra ölkəsinin işğaldan azad edilmiş rayonlarının inkişafının əsas prioritet olması ilə bağlı fikrinə diqqət çəkilib. Eyni zamanda, bildirilib ki, Azərbaycan Prezidenti ölkəsinin Ermənistanla müharibə nəticəsində uzun illər çəkdiyi əziyyətlərdən sonra sabitliyə və inkişafa nail olmağa çalışdığını vurğulayıb.

Portal yazır ki, Azərbaycanın dövlət başçısı Forum iştirakçıları ilə görüşündə işğaldan azad olunmuş ərazilərdəki mina partlayışlarından, Ermənistanın işğal vaxtı həmin torpaqlarda çoxsaylı minalar basdırmasından, onların xəritələrini verməməsindən, həmçinin ölkəsinin minatəmizləmə istiqamətində gördüyü işlərdən, həmçinin Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlardan bəhs edib.
Omanın "omannews.gov.om” saytı və "alwatan.com” nəşri də Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundan yazıb.

Bildirilib ki, 49-dan çox ölkəni təmsil edən 150-dən çox jurnalist və mütəxəssisin iştirak etdiyi forumun açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yadda qalıb.

Tədbirdə dünyada baş verən dəyişikliklər fonunda medianın inkişafı, media institutları arasında təcrübə mübadiləsi, müxtəlif media məsələləri müzakirə olunur.
 
Qazaxıstanın "www.egemen.kz” saytında yayımlanan informasiyada Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda İkinci Qarabağ müharibəsindən sonra ona dəstək verən Mərkəzi Asiya ölkələrinə təşəkkür etdiyini diqqətə çatdırılıb. Xəbərdə dövlətimizin başçısına istinadla vurğulanıb: "Orada (Füzuli rayonunda – red.) məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb…Bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi”.

Qeyd olunub ki, bu il Qazaxıstan Prezidentinin qərarı ilə bu il Füzuli şəhərində Qazaxıstan tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməli qoyulub.
Bu ölkənin www.inform.kz portalında yayımlanan məqalədə isə Şuşanın ev sahibliyi etdiyi Forumdan 200-dən çox nümayəndənin iştirak etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, üçgünlük tədbir mediada müasir çağırışlar və problemlər, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə, eləcə də bu gün rəqəmsallaşma prosesindən keçən ənənəvi kütləvi informasiya vasitələrinin gələcəyi kimi mövzuların müzakirəsi və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır.
Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər barədə silsilə materiallar yaymaqda davam edib.

AZƏRTAC-a istinadla yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.
Geniş oxucu auditoriyasına malik "netgazeti.ge” portalı Prezident İlham Əliyevin çıxışına istinadən yazır: "Biz üç il ərzində 150 mindən çox insanı Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytaracağıq.

2026-cı ilə qədər 140 minə qədər insanın Qarabağ bölgəsinə qayıtması planlaşdırılır. Ümid edirəm ki, gələn il ilk sakinlər Şuşa şəhərində məskunlaşacaq. Biz çox istəyirik ki, 30 il ərzində mənəvi və fiziki əziyyət çəkən insanlara ən yaxşı şərait yaradılsın”.
Həmçinin qeyd olunur ki, Şuşa şəhəri 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən işğaldan azad edilib və qısa müddət sonra burada mehmanxanalar və infrastruktur obyektləri tikilir.

"Tabula.ge” portalının AZƏRTAC-a istinadla yaydığı materialda Qarabağda yerləşən Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan olunduğu, Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığı xüsusi qeyd edilir.

Gürcüstanın ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsipləri barədə fikirlərindən bəhs olunur. Bildirilir ki, Beynəlxalq hüququn fundamental prinsipləri var, lakin ölkələrin ərazi bütövlüyü pozulmamalıdır.
 
Telekanalın yayımladığı digər materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.
"24news.ge” portalında yayılan materialda isə Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi və artıq sülh sazişinin imzalanması mərhələsində olduğu bildirilir.

Azərbaycan Prezidentinin çıxışından yayılan xəbərdə deyilir: "Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur".

"Ermənistan son bir addım ataraq sülh sazişini imzalamalıdır. Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır”, - deyə materialda vurğulanır.

"İnterpress.ge” portalında Prezident İlham Əliyevin Brüssel formatı barədə fikirləri yer alıb. Bildirilir ki, Brüssel formatı Ermənistan və Azərbaycan liderlərinin təmas qurmaları üçün əlavə dəstəkverici mexanizmdir.

Portalın yaydığı digər materialda Azərbaycan Prezidentinin Ermənistandakı revanşist qüvvələrlə bağlı fikirləri yer alıb: "Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq”.

"Aktual.ge” portalı isə Şuşa Qlobal Forumu, forumun əhəmiyyəti və burada müzakirə olunan məsələlər, eləcə də iştirakçılar barədə ətraflı məlumat verilir.

Beynəlxalq "news.kisspr.com” portalında dərc olunan yazıda isə Şuşa Forumunun "4-cü Sənaye İnqilabı”nın media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media peşəkarlarını, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdiyi qeyd edilib.

Bildirilib ki, Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün gündəmdə olan əsas mövzular, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Məqalədə diqqətə çatdırılıb ki, qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi nəticəsində media sahəsi sürətlə inkişaf edir və bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən formalaşdırılmasına təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə zəmin yaradıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışında iştirak edir - FOTO

    Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun ...

    14-03-2019, 10:44

  • 
  • Qlobal Bakı Forumu başlayıb

    Qlobal Bakı Forumu başlayıb ...

    16-03-2017, 20:58

  • 
  • Prezident İlham Əliyev Bakıda VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Bakıda VI Beynəlxalq ...

    25-10-2018, 12:20

  • 
  • Sabah Bakıda IV Qlobal Bakı Forumu öz işinə başlayır

    Sabah Bakıda IV Qlobal Bakı Forumu öz işinə ...

    9-03-2016, 13:27

  • 
  • Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir - YENİLƏNİB

    Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə ...

    21-09-2018, 15:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu