“Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
Cəmi iki il ərzində - 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Bu bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir. Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin durumu bütün bunların təzahürüdür”.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?