GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Laçın yolu təxribatı böyüyür: Ərdoğan hərəkətə keçdi - GƏLİŞMƏ

Laçın yolu təxribatı böyüyür: Ərdoğan hərəkətə keçdi - GƏLİŞMƏ

Tarix: 8-08-2023, 14:23 Bölmə :Siyasət Baxış: 223

Laçın yolu təxribatı böyüyür: Ərdoğan hərəkətə keçdi

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ermənistan və separatçıların Laçın yolu ətrafındakı təxribatları davam edir. Sizcə, ermənilərin beynəlxalq ictimaiyyəti cəlb etmək istədikləri bu təxribatçı oyun hara qədər davam edəcək?

- Ermənistan Laçın yolu ətrafında bu “humanitar şou”nu düzəldəndə onun məqsədi bəlli idi. Əsas məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq və sülh prosesini ləngitməkdi. Avropanın bəzi qurumlarından və təşkilatlarından ermənilərin bu təbliğatına dəstək verənlər oldu. Amma Azərbaycanın mövqeyi konkret və bəllidir. Ermənistanın son addımları Azərbaycana qarşı ərazi iddialarının növbəti təsdiqidir.

Birincisi, Azərbaycan ərazisində yaşayan insanların humanitar problemləri yoxdur. İkincisi, var idisə, o zaman bu məsələ Azərbaycanla razılaşdırılmalı idi. Ermənistan tam fərqli yol tutdu. Bunun da səbəbi odur ki, Ermənistan danışıqlar prosesində mövqeyinin nə qədər əsassız və haqsız olduğunu gördüyü və Azərbaycanın mövqeyinin haqlı və beynəlxalq hüquq əsaslandığını bildiyi üçün belə yola əl atdı.

Ermənistan danışıqlar prosesində dalana dirənib, manevr imkanları xeyli zəifləyib. Nəticədə Ermənistan diqqəti sülh gündəliyindən yayındırmaq üçün Qarabağ erməniləri ilə bağlı “humanitar problem”i ortaya atdı. Təxminən on gündür əsas diqqət bu məsələyə yönəlib. Amma artıq görürük ki, bu məsələyə reaksiyalar xeyli zəifləyib, diqqət də azalıb. Azərbaycan mövqeyində israrlıdır.

Rusiya 2014-cü ildə Donbasa “humanitar yardım konvoyu” yola salmışdı. O zaman Rusiyanın məqsədi bəlli idi. Bu addım o zaman Ukraynanın, bu gün də Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək, onu tanımamaq, ölkələrin daxili işlərinə qarışmaq anlamına gəlir. Azərbaycanın isə mövqeyi məlumdur. Təsadüfi deyil ki, bu “tamaşa” başlandıqdan dərhal sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bununla bağlı nöqtəni qoydu, “Oyun bitdi” deyə bir tvit paylaşdı. Bəli, bu, sülh prosesini əngəlləmək üçün Ermənistanın son oyunu sayıla bilər.

Azərbaycan açıq şəkildə bildirib ki, bu yüklər yalnız Ağdam-Xankəndi yolu ilə çatdırıla bilər. Bundan başqa marşrutun olmayacağını diqqətə çatdırıb. Laçın yolunun funksiyası bir daha təsdiqlənib. Azərbaycan prezidenti açıq şəkildə dedi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, onda daxili işlərimizə qarışmaqdan çəkinməlidir. Beləliklə, Ermənistanın bu səyləri nəticəsiz bitəcək, orada gözləyən karvan ya Azərbaycanın təklif etdiyi yoldan keçəcək, ya da geri qayıdacaq. Azərbaycandan bundan başqa heç bir şeyi qəbul etməyəcək.

Təəssüf ki, yenə də beynəlxalq ictimaiyyətin ikili yanaşmalarını görürük. 2014-cü ildə Rusiyanın Donbasa “humanitar yardım” göndərməsinə göstərilən münasibətlə Ermənistanın Azərbaycana qarşı eyni addımına göstərilən münasibət arasında fərq var. O zaman haqlı olaraq Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edən Qərb dövlətləri bu gün Ermənistanı yox, Azərbaycanı hansısa “ittiham” qarşısında qoymağa çalışırlar. Bu da qəbuledilməzdir. Azərbaycanın mövqeyində dəyişikliyin olacağını düşünmürəm. Bundan sonra Laçın yolunda gömrük orqanlarının fəaliyyətinə ehtiyac yaranacaq.

- Son gəlişmələr fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçarın bir açıqlaması da diqqət çəkdi. O dedi ki, Azərbaycanla Ermənistan arasında tələsik imzalanacaq “çiy sülh müqaviləsi” yeni münaqişə və faciələrə yol aça bilər. Qonçar nə demək istəyir, nəyə eyham vurur?

- Rusiya açıq şəkildə mövqeyini ortaya qoyur və bildirir ki, mənim iştirak etmədiyim sülh prosesi baş tuta bilməz, biz bölgədəyik, həyata keçərsə, bu, bölgədə əlavə gərginlik və problemlər yarada bilər. Əlbəttə, Rusiya bölgədəki varlığını qorumaq üçün gərginliyin davam etməsində maraqlıdır. Bu gün bölgədəki gərginliyin arxasında Rusiya dayanır, separatçı rejim də onun təlimatları əsasında hərəkət edir. Buna görə də, Qonçarın açıqlamasını təəccüblə qarşılamadıq. Bundan əvvəl Mariya Zaxarova və Rusiya XİN-in açıqlaması olmuşdu. Ruslar digər oyunçuların prosesə qatılmasının əleyhinə olduqlarını deyirlər, münaqişənin həllində əsas vasitəçinin Rusiya olduğunu vurğulayırlar. Əvəzində isə Rusiyadan ədalətli və konstruktiv təkliflər görmürük. Rusiya zaman udmağa, Ukraynada düşdüyü çətin vəziyyətdən bir yolla çıxana qədər Cənubi Qafqazdakı münaqişələrin həllinə mane olmağa çalışır.

Bir sözlə, Rusiyanın mövqeyi bəllidir, bu da ondan ibarətdir ki, bölgədə sülh olmasın, gərginlik qalsın.

- Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşündə Ermənistan-Azərbaycan məsələsi də müzakirə olunacaq. Sizcə, bu görüş prosesə necə təsir göstərəcək?

- Əlbəttə, Putin-Ərdoğan görüşündə bir çox məsələlər masada olacaq. Görüşdə Ukrayna və taxıl sazişi ilə yanaşı, Cənubi Qafqaz da müzakirə ediləcək. Ermənistanla bağlı məsələlər Türkiyə və Azərbaycan arasında əlaqələndirilir, koordinasiya olunur. Bir müddət əvvəl Türkiyəyə gedən xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla görüşdü, Prezident Ərdoğan tərəfindən qəbul edildi. Orada Zəngəzur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı konkret mesajlar verildi. Xüsusilə Laçın yolu ilə bağlı Türkiyənin birmənalı mövqeyi ortadadır. Hakan Fidan bəyan etdi ki, bura Azərbaycan ərazisidir, Azərbaycan istədiyi qərarı verə bilər. Belə bir qəti mövqe var.

Hesab edirəm ki, Ərdoğan-Putin görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ciddi şəkildə müzakirə olunacaq. Türkiyə Rusiyadan bu prosesdə konstruktiv mövqe tutmasını istəyəcək. Türkiyə Ağdamdakı monitorinq mərkəzində təmsil olunur. Hesab edirəm ki, artıq Türkiyənin rolu ciddi şəkildə artırılmalıdır. Qarabağda təkcə Rusiya sülhməramlılarının fəaliyyəti məqbul deyil. Rus sülhməramlılarının fəaliyyətləri təhlükəsizliyə təhdid yaratmağa başlayıb. Ola bilsin bu görüş ciddi irəliləyişə gətirib çıxarmasın, amma mövqelərin dəqiqləşdirilməsi, xüsusən də Türkiyənin bölgədəki rolunun gücləndirilməsi baxımından önəmli olacaq./dia,az/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

    Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı ...

    22-10-2020, 20:31

  • 
  • Azərbaycan XİN: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür

    Azərbaycan XİN: Məsuliyyət tam olaraq ...

    27-09-2020, 13:45

  • 
  • Azərbaycan XİN: “Cəbhə xəttindəki gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür”

    Azərbaycan XİN: “Cəbhə xəttindəki gərginliyə görə ...

    25-01-2014, 19:54

  • 
  • “Laçın və Kəlbəcər ermənilərin nəzarətində qalacaq”

    “Laçın və Kəlbəcər ermənilərin nəzarətində ...

    14-11-2013, 13:00

  • 
  • Ermənistanın “sülh zəmanəti institutu” oyunu - Ekspert danışır

    Ermənistanın “sülh zəmanəti institutu” oyunu - ...

    24-12-2022, 15:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu