GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib

Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib

Tarix: 29-08-2023, 19:55 Bölmə :Siyasət Baxış: 281

Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva son zamanlar Fransada bir qrup siyasətçi, parlament üzvləri, bölgələrin nümayəndələri tərəfindən həyata keçirilən, fransız ictimaiyyətinin yanlış məlumatlandırılmasına xidmət edən anti-Azərbaycan kampaniyası, xüsusilə də bir qrup siyasətçinin Ermənistana göndərilən humanitar yardım maşınlarını müşayiət etmək niyyəti ilə bağlı açıq məktubla çıxış edib.

Gundemxeber.az xəbər verir ki, səfirliyin sosial şəbəkə platformalarında yayılan bu məktubda özünü Ermənistanın “dost”u kimi təqdim edən bu şəxslərin Fransadakı erməni diasporunun təsiri altında Azərbaycanı qaralamaq cəhdlərinə və ona qarşı guya “humanitar böhran”ın yaradılması ilə bağlı tamamilə əsassız ittihamlar irəli sürüldüyünə diqqət cəlb edilir. Məşhur fransız filosofu Jan-Jak Russonun sözləri ilə “reallığın sərhədlərinin olduğu, xəyal dünyasının isə heç bir sərhəd tanımadığı” qeyd edilərək, bölgədəki reallığın sərhədlərinin beynəlxalq hüquq tərəfindən müəyyən edildiyi və məhz beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanır. Məktubda Azərbaycanın 2020-ci il müharibəsi nəticəsində öz ərazilərini azad etdiyi, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlanılan bu ərazilərdə törədilən misilsiz dağıntıların nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bərpa-quruculuq işlərinin həyata keçirildiyi, məhz Azərbaycanın Ermənistan ilə normallaşma prosesinin təşəbbüskarı olduğu, Laçın yolundakı mövcud vəziyyət, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq yol boyu təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin həyata keçirildiyi, o cümlədən sərhəd-keçid məntəqəsinin fəaliyyəti, habelə humanitar məqsədlər üçün istifadə edilməsi məqsədilə təklif edilən Ağdam-Xankəndi yolunun radikal erməni separatçıları tərəfindən blok edildiyi məlumat verilir.

Fransız nümayəndələrin radikal erməni separatçılarını cəsarətləndirən bəyanatlarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi və beləliklə də beynəlxalq hüquq pozuntusu olduğu vurğulanır. Müstəqil Azərbaycanın azad etdiyi ərazilərini yenidən qurduğu və bu ərazilərin reinteqrasiyasını həyata keçirdiyi, məhz Azərbaycan xalqının ölkənin gələcəyi ilə bağlı qərar verdiyi qarşı tərəfin diqqətinə çatdırılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi nəzərdən keçirildiyi və onların ölkə Konstitusiyasının bütün vətəndaşlara verdiyi hüquqlardan istifadə edə biləcəkləri qeyd edilir.

Məktubda bu müraciətin məqsədinin heç də “ermənipərəst” fransız siyasətçilərinin Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı 30 il ərzində susqunluq nümayiş etdirdikləri kimi susmalarını tələb etməkdən ibarət olmadığını, əksinə bu şəxslərin sülh, barışıq, reinteqrasiya naminə və münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşması üçün danışmaları, zamanında Fransa-Almaniya yaxınlaşmasının ölkəyə və bölgəyə verdiyi faydanı erməni dostlarına izah etmələri çağırışı əks olunur. Bölgənin gələcəyi üçün Azərbaycanın sülh istiqaməti yolunu seçdiyi, Ermənistanın gələcək inkişaf ilə bağlı hansı istiqaməti seçmək qərarını verməli olduğu vurğulanır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu

    Azərbaycanın Fransadakı Diasporunun rəhbəri ...

    26-03-2020, 22:17

  • 
  • Şamaxı Humanitar Kollecində Leyla Abdullayeva saxtakarlığı

    Şamaxı Humanitar Kollecində Leyla Abdullayeva ...

    21-07-2014, 13:24

  • 
  • Daşnaksütunun Fransadakı təşkilatı Qarabağda yay düşərgəsi açdı

    Daşnaksütunun Fransadakı təşkilatı Qarabağda yay ...

    10-08-2013, 15:26

  • 
  • Deputat Leyla Abdullayeva ağac qətliamına şərik olub?

    Deputat Leyla Abdullayeva ağac qətliamına şərik ...

    22-08-2014, 12:01

  • 
  • Fransadakı “Sarı Jiletlər” aksiyası Belçikaya sıçradı

    Fransadakı “Sarı Jiletlər” aksiyası Belçikaya ...

    1-12-2018, 09:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (483)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu