Partiyanın bölgələrdəki təşkilatları da bahalaşma aksiyasına qatılacaqlar Milli Şura yanacağın qiymətinin bahalaşmasına etiraz olaraq mitinq keçirəcək. Qurumun sədri Cəmil Həsənli “Media forum” saytına açıqlamasında məsələni şuraya daxil olan partiyalarla birlikdə yenidən müzakirə edib, mitinqin zamanı və məkanı haqda qərar verəcəklərini bildirmişdi. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mitinq keçirilməsi ilə bağlı artıq razılığa gəlindiyini bildirdi: “Milli Şuraya daxil olan partiyalar arasında mitinqin olması barədə razılığa gəlinib. Ancaq mitinqin vaxtı və yeri haqqında hələ ki məlumatım yoxdur”.
Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri, Milli Şuranın üzvü Vəfa Cümşüdlü isə bildirdi ki, qiymətlərin bahalaşması ilə bağlı ilk olaraq Müsavat Partiyası bəyanat verib:
“İsa Qəmbər bildirdi ki, artıq söz xalqındır. Bir neçə ay bundan qabaq hakimiyyətin maaşlarının 10 faiz artırılacağı ilə bağlı verdiyi qərar bu gün qiymətlərin 30 faiz qaldırılması ilə heç cür mütənasiblik təşkil etmir. Əksinə, bu xalqın boş cibinə bir daha əl uzatmaq deməkdir. Mən bunu olduqca pis qarşılayıram. Hələ bundan sonra da bahalaşmanın olacağı ilə bağlı proqnozlar var. Qiymət artımları artıq sərnişin avtobuslarında özünü göstərir. Bu gün əgər gündəlik heç bir əlavə gəlir yoxdursa, insanlar quru maaşa baxırsa, bu artım birbaşa vəziyyətin gərginləşməsinə doğru gedəcək. Bununla bağlı Müsavat Partiyasının mövqeyindən sonra Milli Şurada məsələ müzakirə olundu. Belə qərara gəlindi ki, işçi qrupu yaransın, mitinqlərin keçirilməsi, yerin təyin olunması və müraciət forması bu qrupa tapşırılsın. İşçi qrupunun yaradılması da birbaşa Milli Şuranın sədrinə həvalə olunub. Ancaq hələ ki bu işçi qrupun tərkibi bəlli deyil. Milli Şuranın üzvü kimi mənim üçün də maraqlıdır ki, işçi qrupuna kimlər daxil olacaq və mitinq nə vaxta təyin ediləcək. Xatırlayırsınızsa 2007-ci ildə də belə bir proses baş verdi. O zaman da Müsavat Partiyası mitinqlər keçirdi. Milli Şurada da mitinq keçirmək fikrinə münasibət müsbət olduğundan Müsavat Partiyası olaraq bu işə öz töhfəmizi verəcəyik. Ancaq hələ ki vaxt dəqiq deyil”.
Milli Şuranın bu qərarını bölgə müxalifətçiləri də dəstəklədiklərini bildirdi. Onlar da bahalaşmaya qarşı etiraz üçün keçirilən bu mitinqdə böyük həvəslə iştirak edəcəklərini dedilər.
Müsavat Partiyasının Şəki rayon təşkilatının sədri Həbibulla Manaflı tarixi bəlli olduqdan sonra mitinqdə iştirak edəcəklərini bildirdi. O, mitinqin icazəli və ya icazəsiz keçirilməsindən asılı olmayaraq, Şəkidən mitinqdə iştirak edənlərin olacağını dedi.
Müsavatın İsmayıllı rayon təşkilatının sədri Vidadi Həmidli Milli Şuranın keçirdiyi mitinqdə iştirak etməyin müqəddəs borcları olduğunu dedi: “Bahalaşmaya etiraz olaraq keçirilən mitinqdə iştirak etmək bizim müqəddəs borcumuzdur. Bu bahalaşma ilə əhalinin cibinə girdilər. İsmayıllı əhalisinin hamısı bu vəziyyətə bir ağızdan etiraz edir”.
Partiyanın Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu etiraz mitinqinə qatılacaqlarını bildirdi: “Şübhəsiz ki, biz bu etiraz mitinqinə qatılacağıq. Düşünürəm ki, hətta siyasi proseslərdə aktiv olmayan insanlar belə bu mitinqə maraq göstərəcək. Çünki sosialyönlü bir mitinqdir. Faktiki olaraq vətəndaşlara qarşı haqsızlıq edilir. Lazım olmayan şəraitdə qiymətlərin qaldırılması şübhəsiz ki, etirazla qarşılanır. Toplu narazılıqlar artıq baş qaldırmağa başlayıb. Düşünürəm ki, mitinqin keçirilməsinə ehtiyac var və zəruridir”. Müsavat Partiyasının Gəncə təşkilatının sədri Oktay Zeynallı isə mitinqə icazəli olduğu təqdirdə gedəcəklərini dedi: “İcazəsiz olsa, az adam gedəcək. İcazəli mitinqlərə həmişə Gəncədən gedirdik. Benzinin qiymətinin artmasından Gəncə əhalisi də narazıdı”.

Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?