Gundemxeber.az » Siyasət » Azərbaycan və Ermənistan XİN başçıları Rusiyada görüşəcəklər?
“İrəvan Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu sözləri Ermənistan səfiri Vaqarşak Arutyunyan deyib.
Ermənistanlı diplomat qeyd edib ki, müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur.
“Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ona görə də burada heç bir problem yoxdur, yalnız texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. Hazırda bu istiqamətdə iş gedir”, - deyə Ermənistanın Rusiya Federasiyasındakı səfiri vurğulayıb.
GUNDEMXEBER.AZ
20-09-2019, 10:43
31-07-2018, 16:44
16-01-2019, 10:12
17-11-2017, 12:04
12-07-2017, 11:00
Sorğu
Yeni dizaynımız necədir?