GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Milli Şuradakı gərginlik mitinqin kütləviliyinə təsir etməyəcək

Milli Şuradakı gərginlik mitinqin kütləviliyinə təsir etməyəcək

Tarix: 9-12-2013, 08:29 Bölmə :Siyasət Baxış: 557
  Milli Şuradakı gərginlik mitinqin kütləviliyinə təsir etməyəcək
Müsavat aksiyaya ciddi hazırlaşır; partiyadan Sərdar Cəlaloğlunun antimitinq açıqlamasına reaksiya gəldi
Xəbər verdiyimiz kimi, dekabrın 15-də demokratik qüvvələrin Milli Şurası qiymət artımına etiraz olaraq mitinq keçirmək haqda qərar verib. Artıq Milli Şuranın mitinqi ilə bağlı yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Milli Şuranın üzvü Tural Abbaslı bildirib ki, məktubda Milli Şuranın dekabrın 15-i saat 16:00-dan 18:00-a qədər aksiya üçün ayrılmış müvafiq ərazilərdən birində mitinq keçirilməsi üçün şərait yaradılması tələb olunur.

Aksiyanın əsas şüarı “Bahalaşmaya son!”, “Qiymətlər endirilsin”, “Dövlət əhaliyə xidmət etmək üçündür” və s. olacaq. Qeyd edək ki, aksiya üçün tələb olunan ərazilər Yasamal Rayonunda yerləşən “Məhsul” stadionu, Nəsimi Rayonu 1-ci mkr-da Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança, “Ulduz” metro stansiyası qarşısındakı Araz küçəsindəki park, Binəqədi Rayon Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışında və Nərimanov Rayonunda yerləşən Nərimanov parkıdır.



Artıq müxalifət partiyaları mitinq hazırlıqlarına başlayıb. Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, aksiyaya yüksək səviyyədə hazırlıq davam edir. Müsavat funksionerinin bildirdiyinə görə, yerli təşkilatlar 15 dekabr aksiyasına hazırlıqlara başlayıblar: “Mitinqə hazırlıq həmişə olduğu kimi, davam edir. Müsavat Partiyasının bütün strukturları mitinqə hazırlıqları davam etdirirlər. Hazırda bir neçə texniki məsələlər var, həmin məsələlər də yəqin ki, sədrlər şurasının növbəti toplantısında müzakirə olunacaq. Əgər çatışmazlıqlar olarsa, onlar da yoluna qoyulacaq. Müsavat Partiyasının mitinqə hazırlaşması üçün bəzən iki-üç gün belə kifayət edir. Hazırda da təşkilatımız həmin səviyyədədir”.

Qeyd edək ki, bəzi fikirlərə görə, hazırda Milli Şura daxilində partiyalar arasında fikir ayrılıqlarının mövcud olması aksiyanın təşkilinə və kütləviliyinə təsir edə bilər. Gülağa Aslanlı bunu qətiyyətlə inkar edir. Onun dediyinə görə, təmsil etdiyi təşkilat daxilində bu mövzuda hər hansı bir narazılıq və ya fikir ayrılığı mövcud deyil: “Müsavat Partiyası tərəfindən aparılan mitinq hazırlıqlarının hazırda davam edən debatlara, müzakirələrə heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, Milli Şura daxilində davam edən polemikaların aksiyanın təşkilinə heç bir mənfi təsiri olmayacaq. Təşkilat daxilində hazırlıqlarla bağlı ruh yüksəkliyi yerindədir”.



Bu arada ADP sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində bildirib ki, müxalifətin sosial tələblərlə aksiya keçirməsi doğru deyil. Sosial tələblərlə aksiyanı QHT-lər keçirməlidir. Müxalifətin aksiyaları siyasi tələblərlə olmalıdır. Gülağa Aslanlı S.Cəlaloğlunun fikirlərində həqiqətin olduğunu etiraf etsə də, hazırda QHT-lərin bu aksiyanı keçirmək üçün ciddi imkanlarının olmadığını düşünür: “Sərdar bəyin dediklərində haradasa bir həqiqət var. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində müstəqil QHT-lər çox azdır. İkinci tərəfdən, aksiya təşkil etmək üçün onların imkanları və təcrübələri azdır. Əlbəttə, sosial şüarlarla aksiyaların xalqın özü və ictimai təşkilatlar tərəfindən başladılması daha məqsədəuyğun olardı. Amma Azərbaycan reallığında bu məsələ hələ ki yetkinləşməyib. Aksiya ilə bağlı müraciətdə mitinqdə 10 min nəfərin iştirak edəcəyi yazılıb. Ancaq şəxsən mənim gözləntilərim daha çox sayda insanın iştirak etməsidir. Çünki əhali ilə söhbətlər zamanı aksiyaya daha böyük marağın olduğunun şahidi oluruq. Vaxtı ilə aksiyalara laqeyd qalan insanların bir çoxu indi aksiya ilə maraqlanır, etirazlara qoşulacaqlarını bildirirlər. Hər şey mitinqə hazırlığın necə aparılmasından, şüarların, çağırış vərəqələrinin yayılmasından, sosial şəbəkələrdə təbliğatdan da asılı olacaq. Hələ ki başlanğıcdayıq, hazırlıqlar davam edir, yəqin ki, bir-iki günə hazırlıq ən yüksək səviyyəyə çatdırılacaq. Gələn həftənin sonunda biz aksiyanın təbliğatını yüksək səviyyəyə çatdıracağıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şura meriyadan 5 yer istədi

    Milli Şura meriyadan 5 yer istədi ...

    6-12-2013, 17:51

  • 
  • Milli Şuradan növbəti mitinq- 20 oktyabr

    Milli Şuradan növbəti mitinq- 20 oktyabr ...

    15-10-2013, 13:46

  • 
  • Milli Şura mitinq qərarı verdi

    Milli Şura mitinq qərarı verdi ...

    26-05-2015, 15:29

  • 
  • Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi

    Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi ...

    13-12-2013, 11:56

  • 
  • Bakı meriyası Milli Şuranın mitinq müraciətinə cavab hazırlayır

    Bakı meriyası Milli Şuranın mitinq müraciətinə ...

    23-10-2013, 13:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu