GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sülh sazişinə “ev sahibliyi” mübarizəsi yenə qızışdı

Sülh sazişinə “ev sahibliyi” mübarizəsi yenə qızışdı

Tarix: 15-12-2023, 16:16 Bölmə :Siyasət Baxış: 264

Şarl Mişelin, ondan əvvəl isə Cozep Borrelin narazılıq doğuran açıqlamaları fonunda Avropa İttifaqının obyektiv vasitəçiliyinə inanmaq olarmı? İrəvan Moskva formatı ilə bağlı körpüləri ona görə yandırır ki...


Son aylar Azərbaycan-Ermənistan münasibətlərində xüsusi gərginlik olmasa da, rəsmilər arasında danışıqlar dalana dirənib. “ Azərbaycan Prezidenti İlham Əliyev Qranadadakı sülh danışıqlarına getməmişdi, bunu Makronun üçtərəfli danışıqlara müdaxiləsi və Türkiyənin görüşlərdə iştirakına imkan verilməməsi ilə izah etmişdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Vaşinqtondakı danışıqlara qatılmamışdı. ABŞ rəsmiləri bildirmişdilər ki, Azərbaycan Ermənistan ərazisindən dəhliz açmağa çalışsa, ABŞ buna qarşı çıxacaq, hətta Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”in bərpa oluna biləcəyi ilə bağı xəbərdarlıq etmişdilər. Ermənistan rəsmiləri də Moskvanın vasitəçiliyi ilə sülh danışıqlarına isti yanaşmırlar. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə "AzadlıqRadiosu"na verdiyi müsahibədə sülh müqaviləsinin ilin sonunadək imzalanıb-imzalanmayacağı haqda konkret fikir bildirməyib. “Məndən ötrü vacib olan nəticədir. Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq”, - deyə o bildirib. “Yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarının son ay ərzində dayanmasını, Azərbaycan tərəfinin Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə danışıqlardan imtinasını necə şərh edərdiniz” sualına Ş.Mişelin cavabı belə olub: “Dekabrın 11-də burada Azərbaycanın xarici işlər naziri ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş olub. Bu onu göstərir ki, biz hər iki tərəflə daimi kontaktdayıq. Yaxın günlərdə Ermənistanın xarici işlər naziri ilə də görüş olacaq. Biz səhnə arxasında çox fəalıq, həm Azərbaycan, həm də Ermənistanla irəliləyiş əldə olunması üçün ciddi iş aparırıq. Azərbaycan və Ermənistanın birgə açıqlaması həm də ona görə baş tutdu ki, qismən biz də bu işdə iştirak etdik, onlara bu məsələdə kömək etdik, açıqlamada yer alan məsələlərdə mövqelərini yaxınlaşdırmaq üçün onlara müəyyən təkliflər, ideyalar verdik. Biz sülh sazişinin imzalanması yönündə əlavə addımların atılması üzərində işləməyə davam edirik. Eləcə də Brüsseldə baş tuta biləcək görüşlərin təşkili üzərində işləyirik. Amma fikrimizcə, görüşlərin yeri məsələsindən nəticəsi daha vacibdir”. 

“Ermənistan Azərbaycanla danışıqlarda müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə olunan əvvəlki prosesləri nəzərə alaraq, İrəvanın onları eyni formatlarda davam etdirməsinə üstünlük verilir”. 

Bu barədə jurnalistlərə hakim fraksiyadan olan deputat, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan İrəvanın danışıqların təşkili ilə bağlı Moskvanın təkliflərinə necə baxması sualını cavablandırarkən deyib. Ş.Mişelin müsahibədə dediklərində hasil olunan qənaət budur ki, Brüssel yenidən təşəbbüsü ələ alıb. Aİ rəsmisi müsahibədə də ona çalışıb ki, iki ölkə arasında təmaslardan məlumatlı olduqlarını, necə deyərlər, “sülh danışıqlarının” onların nəzarətindən kənar olmadığı haqda əminlik yaratsın. Azərbaycan və Ermənistanın birgə açıqlamasının Avropa Birliyinin qismən iştirakını qeyd etməsi də buna sübutdur. Bəs Ş.Mişelin, eləcə də ondan əvvəl Cozep Borrelin Bakıda ciddi narazılıq doğuran açıqlamaları fonunda Brüsselin obyektiv vasitəçiliyinə inanmaq olarmı? Bu bir daha onu göstərir ki, sülh sazişinə “ev sahibliyi” etmək uğrunda gizli mübarizə davam etməkdədir...

Azad MƏSİYEV

Azad Məsiyev

Bu mürəkkəb şəraiti “Yeni Müsavat”a şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin sözlərinə görə, Ermənistan-Azərbaycan arasında sülh danışıqları üç müstəvidə getməkdədir: “İrəvan isə onlardan biri - Moskva formatı ilə bağlı körpüləri yandırır və bu da Qərbdən ona verilən təlimatın yerinə yetirilməsidir. Ona görə ki, Paşinyanı iqtidara gətirən qüvvələr Nikolun əlini gücləndirmək niyyətindədirlər və bu səbəbdən Avropa Azərbaycana təzyiq etməkdədir. İki dövlət arasında sülh sazişi ilə bağlı moderatorluq edən mərkəz bitərəf olmalıdır, amma ABŞ və Avropa Birliyi tez-tez balansı pozur, obyektiv ola bilmirlər. Mən Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarına üstünlük verərdim və bununla altılıq platforması inkişaf etmiş olardı. Çünki hazırda Ermənistan-Azərbaycan arasında sülh sənədinin imzalanması ilə bağlı uğur əldə etmək olmur, Cənubi Qafqaza müdaxilələr, region uğrunda mübarizə ümumi işə əngəl olur. Ona görə məsələ regional müstəviyə endirilməlidir”. Siyasi analitikin fikrincə, onu da unutmayaq ki, ermənilər sözünün üstündə dayanmırlar. Ekspert hesab edir ki, əgər Qərb və Rusiya masalarında problem varsa, ikitərəfli danışıqlar da mümkündür: “Vasitəçi yalnız ev sahibliyi edə bilər, üçüncü dövlətin müdaxiləsi olmamalıdır. Sazişin mətnini iki tərəf razılaşdırır və imzalayır, burada üçüncü tərəfin şərtləri ola bilməz. Bu baxımdan, əgər Ermənistan altılıq formatını qəbul etmirsə, Gürcüstan variantı realdır, çünki rəsmi Tiflis bu danışıqlarda tərəf deyil, regionda sabitlikdə maraqlıdır. Ümumiyyətlə, bu bölgənin inkişafı region dövlətlərinə bağlıdır, onlar daha çox sülh müqaviləsini istəyirlər”.

Asif Nərimanlı: Xankəndinə 40 ton unun göndərilməsi ilə ilk addım atıldı –  Qərb Xəbər

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Qərb platformalarındakı mövcud gündəlik Azərbaycanın maraqlarına uyğun gəlmir, lakin bundan davamlı şəkildə imtina da təzyiqləri aktuallaşdırır: “Bu baxımdan, Azərbaycan ikitərəfli formatı irəli sürməklə həm Qərbin "istəyinə uyğun" olaraq, Rusiyanın vasitəçiliyini arxa plana keçirir, həm də marağında olmayan gündəliyin müzakirəsindən yayınır. İstisna deyil ki, rəsmi Bakı Ceyms O’Braynın səfəri zamanı Vaşinqton, yaxud Brüssel formatında danışıqların davam etdirilməsi istəyinə qarşı ikitərəfli formatda irəliləməyi irəli sürüb. Azərbaycan əvvəldən ikitərəfli formatı dəstəkləyir, xüsusilə üçüncü tərəflər olmadığı təqdirdə iki ölkənin məsələləri həll etməsi perspektivi daha real görünür". Təhlilçi düşünür ki, sülh müqaviləsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları aradan qalxmayıb, yaxud fikir ayrılıqlarının olduğu məsələlər üzərində irəliləyişə nail olunmayıb: “Kommunikasiyanın necə açılması, sərhədin hansı prinsiplər əsasında delimitasiyası praktiki müstəvidə çətinliklərlə üzləşir. İkincisi, bölgədə maraqlı tərəflərin - Qərb və Rusiyanın ikitərəfli formatın uzunmüddətli davam etməsinə imkan verəcəyi ehtimalı azdır, xüsusilə iki tərəfdən birinin prosesə müdaxilə cəhdi digərini də aktivləşdirəcək və sülh danışıqları ətrafında maraq mübarizəsi kəskinləşəcək. Artıq Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir. Rəsmi Bakı buna cavab verməsə də, İrəvan hazır olduğunu bəyan edib. Və Ermənistanda ikitərəfli danışıqlarla bağlı "şərt" də irəli sürülür, “beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq” təhdidi səslənir. Bu o deməkdir ki, Bakının ikitərəfli formatda danışıqlar istəyi hələ ki qəbul edilib və “ilk fürsətdə” Qərb vasitəçilərini oyuna daxil etməyə çalışacaqlar. Vaşinqtonun görüşün təşkilinə hazırlaşması Moskvanın da adekvat addımına zəmin yaradacaq"./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan küncə sıxılır: - “Putin də proseslərdən razıdır”

    Ermənistan küncə sıxılır: - “Putin də ...

    24-07-2021, 18:39

  • 
  • Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edib

    Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ...

    1-06-2021, 14:34

  • 
  • Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

    Qarabağdakı erməni silahlılar tərk-silah ...

    14-05-2022, 13:12

  • 
  • Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi gerçəkləşir

    Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi ...

    5-11-2013, 13:02

  • 
  • İrəvan Bakı ilə danışıqlara hazırlaşır

    İrəvan Bakı ilə danışıqlara hazırlaşır ...

    23-05-2018, 22:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu