Gundemxeber.az » Siyasət » Prezident: AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edən zaman bildirib.
Dövlət başçısı bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlət başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.
GUNDEMXEBER.AZ
1-03-2016, 15:49
15-03-2018, 17:01
23-01-2019, 11:35
4-06-2018, 15:57
4-03-2024, 09:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?