GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml İrəvanı Avropa Birliyi ilə bağlı təhdid etdi: Rusiya Ermənistanın birbaşa suverenliyini hədəfə alır

Kreml İrəvanı Avropa Birliyi ilə bağlı təhdid etdi: Rusiya Ermənistanın birbaşa suverenliyini hədəfə alır

Tarix: 14-03-2024, 18:55 Bölmə :Siyasət Baxış: 457

Rusiya Ermənistana "iki stulda eyni vaxtda oturmaq" imkanı tanımayacağını sərt məzmunlu xəbərdarlıq ilə bəyan etdi... Kreml rəsmi İrəvana son davranışları ilə Ermənistan dövlətçiliyini riskə atdığını, ölkənin gələcək taleyini təhlükəyə saldığını xatırlatdı...


Ermənistan ətrafında yaranmış situasiya zaman keçdikcə, daha da qəlizləşir. Rəsmi İrəvan Ermənistanın gələcək taleyi ilə bağlı konkret strateji planlar qurmaq şansını tamamilə əldən vermiş kimi görünür. Çünki Paşinyan hakimiyyətinin xarici siyasət kursunda "xaotik prioritetlər" modeli üstünlük təşkil edir. Rəsmi İrəvan Ermənistan üçün yeni strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Ancaq müstəqillik dövrünün bütün mərhələlərində mövcud olan analoji müəssisələr hələ də aktualdır. Və bu iki xarici siyasət vektoru hazırda bir-biri ilə kəskin ziddiyyət təşkil edir.

Çünki rəsmi İrəvan yeni strateji tərəfdaşlıq münasibətlərini indiyə qədər mövcud olanlara paralellik təşkil edən siyasi məkanlarda axtarmır. Əksinə, Paşinyan hakimiyyəti eyni vaxtda iki düşmən beynəlxalq düşərgə ilə Ermənistanın maraqlarını uzlaşdırmağa cəhd göstərir. Halbuki, indiki situasiyada bu, qətiyyən mümkün görünmür. Və nəticədə Ermənistan düşdüyü dalandan çıxmaq şansı qazanmaq əvəzinə daha qəliz "geopolitik labirint"də vurnuxmaq məcburiyyətində qalmış olur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmağa nail ola bilməyib və yaxın gələcək üçün də bu, mümkün görünmür. Hər halda, Ermənistanın iqtisadiyyat da daxil olmaqla, bütün həyati sahələr üzrə tamamilə Rusiyadan asılı olduğunu rəsmi İrəvan da etiraf edir. Belə vəziyyətdə rəsmi İrəvanın xarici siyasət vektorunu hazırda Rusiyanın düşməni olan Qərbin xeyrinə dəyişmək cəhdləri indiki halda, yalnız təhlükə, risk və Ermənistanın öhdəsindən gələ bilməyəcəyi yeni problemlər vəd edir.

Maraqlıdır ki, Ermənistan Qərbin təlimatları ilə Rusiyanın patronajlığı altında olan KTMT-dan çıxmaq istiqamətində israrlı addımlar atır. Ancaq rəsmi İrəvan analoji addımları yenə də Kremlin təsir dairəsində olan Avrasiya İqtisadi İttifaqına münasibətdə atmaq şansına malik deyil. Çünki Ermənistan bu qurumda üzvlük sayəsində olduqca ciddi iqtisadi-ticari güzəştlərdən faydalanır. Üstəlik, ABŞ və Qərb Ermənistana Avrasiya İqtisadi İttifaqında olan iqtisadi-ticari güzəştlərin alternativini təklif etmir. Və belə olduğu təqdirdə, rəsmi İrəvanın bu qurumu tərk etmək qərarı verməsi Ermənistan üçün iqtisadi fəlakət anlamı daşıya bilər.

Ona görə də, KTMT-da fəaliyyətini donduran rəsmi İrəvan bunun əksinə, Avrasiya İqtisadi İttifaqında Ermənistanın mövqelərini gücləndirməyə üstünlük verir. KTMT-nın heç bir tədbirinə qatılmayan Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak üçün Moskvaya səfərə hazırlaşır. Və bu, sözügedən iqtisadi-ticari əməkdaşlıq təşkilatından qoparılmış güzəştlərin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını göstərir.

1702961011_putin-pasinyan.jpg (44 KB)

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan buna paralel olaraq, Ermənistanı Qərbə doğru dartmaqda israrlı mövqe tutur. Bir müddət öncə rəsmi İrəvan Ermənistanın Avropa Birliyi üzvlüyünə namizədlik üçün müraciət etmək niyyətini bəyanlamışdı. Avropa Parlamenti isə Avropa Birliyinə Ermənistanın quruma üzvlüyə namizədliyi ilə bağlı araşdırma aparmağı məsləhət görən qətnamə qəbul edib. Və belə vəziyyətdə rəsmi İrəvanın Ermənistan üçün "xaotik prioritetlər" anlayışını daha da dərinləşdirdiyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında və Avropa Birliyində təmsil oluna bilməz. Yəni, eyni vaxtda iki fərqli gömrük və iqtisadi güzəştlərdən faydalanmaq mümkün deyil. Hətta Avropa Birliyi üzvlüyünə namizədliyi təsdiqlənəcəyi təqdirdə belə, Kremlin Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdıracağını elə indidən ehtimal etmək mümkündür. Və bu, rəsmi İrəvan üçün prinsipial seçim məcburiyyəti yaradır.

Halbuki, indiki situasiyada rəsmi İrəvan üçün bu məsələdə prinsipial seçim qətiyyən sərfəli deyil. Çünki Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan və Avrasiya İqtisadi İttifaqından birbaşa asılı vəziyyətdədir. Yaxın gələcəkdə Ermənistanın bu taleyüklü asılılıqdan xilas olması qətiyyən real görünmür. Ona görə də, Rusiya və Avrasiya İqtisadi İttifaqının əleyhinə ediləcək seçim Ermənistanı dərin böhrana düçar edə bilər. Və bu baxımdan, Qərbin Ermənistana münasibətdə tutduğu mövqe də maraq doğurur.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB)

Hər halda, Avropa Birliyi Ermənistana Avrasiya İqtisadi İttifaqında sahib olduğu güzəştləri təklif etməyə həvəsli deyil. Avropa Birliyi standartlarına aid iqtisadi-ticari güzəştlərə isə yalnız bu quruma rəsmi üzvlükdən sonra malik olmaq mümkündür. Ermənistana isə hələlik üzvlüyə namizədliyin verilməsinin özü belə, yalnız müzakirə mərhələsindədir. Yəni, Ermənistana Avropa Birliyi üzvlüyü üçün hətta onilliklər lazım ola bilər. Ən əsası isə Ermənistanın nə vaxtsa, Avropa Birliyinə üzv ola biləcəyi ümumiyyətlə, reallıqdan çox-çox uzaqdır.

Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi üzvlüyünə namizədlik statusu Qərbin bəzi ölkələri aldadaraq, öz təsir dairəsində saxlamaq üçün istifadə etdiyi mexanizmlər sırasına daxildir. Böyük ehtimalla rəsmi İrəvanı Rusiyanın patronajlığı altında olan bütün qurumlardan çıxmağa həvəsləndirmək üçün Qərb bu mexanizmdən Ermənistana münasibətdə də yararlanmaq niyyətinə düşüb. Və indi Qərb israrla Ermənistanın həm KTMT-nı, həm də Avrasiya İqtisadi İttifaqını tərk etməsinə cəhd göstərir.

Təbii ki, rəsmi İrəvanın həm mövcud tərəfdaşlıqdan faydalanmağa çalışması, həm də Qərbə yönəlməsi Kremldə ciddi şəkildə nəzərə alınır. Rusiyanın Ermənistanın "hər iki stulda eyni vaxtda oturmaq" cəhdinə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın "Ermənistanın qeyri-dost davranışları tərəfimizdən diqqətlə izlənilir və qeydə alınır" deməsi olduqca ciddi xəbərdarlıq mesajıdır. Çünki o, vurğulayıb ki, rəsmi İrəvan atdığı son addımlarla Ermənistanın suverenliyini böyük risk altına atır, iqtisadi-siyasi böhran üçün şərait yaradır, ölkənin gələcək taleyini təhlükəyə salır. Və Kreml təmsilçisinin bu açıqlaması da göstərir ki, Rusiya Ermənistanın davranışlarına müşahidəçi qalmaq niyyətində deyil./musaavt.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baydenin "genosid hədiyyəsi" Ermənistana təzyiqləri artırdı: Azərbaycan və Rusiya hərəkətə keçdi

    Baydenin "genosid hədiyyəsi" ...

    30-04-2021, 09:04

  • 
  • Paşinyan tezlikdə "iki stul"dan birini təhvil verəcək - TƏHLİL

    Paşinyan tezlikdə "iki stul"dan birini ...

    25-12-2018, 12:25

  • 
  • “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - sensasion gözlənti

    “Moskva İrəvanı Qarabağla cəzalandıracaq” - ...

    17-08-2017, 16:12

  • 
  • “Azərbaycanı ABŞ və İsrail gücləndirir” - Erməni politoloqdan şok açıqlama

    “Azərbaycanı ABŞ və İsrail gücləndirir” - Erməni ...

    2-11-2018, 16:37

  • 
  • İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” elan etdi

    İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” ...

    23-07-2013, 14:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu