Bu cür ikili siyasət yürütmək Paşinyana baha başa gələ bilər.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
“Ermənistan qərbyönümlü siyasət yürütməklə yanaşı, Rusiya tərəfinə yeni referanslar edir. Bu açıq-aşkar iki stulda oturmaq deməkdir. Bu mənada vaxtı daralan Paşinyan təcili seçim etməli olacaq. Fikrimcə, Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin ABŞ-ın Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsini istisna etməməkdə haqlıdır. Paşinyanın Karasinə cavabında Ermənistanın “müstəqil siyasət” yeritdiyini bildirməsi isə kifayət qədər yeni suallar doğurur. Çünki Nikol belə bir siyasəti heç vaxt həyata keçirə bilməyəcək. Bu səbəbdən də Rusiya-Ermənistan münasibətlərində soyuq küləklərin əsdiyini dedi”, - Q.Hüseynli bildirib.
Politoloq qeyd edib ki, Moskva yaxın günlərdə Ermənistanın yeni rəhbərliyindən birmənalı mövqe yürütməyi tələb edəcək:
“Zənnimcə, Rusiya Paşinyanı sona qədər tərki-silah etməyincə və Moskvaya sadiqliyi barədə birmənalı cavab almayınca, sakit oturmayacaq. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıracaq, İrəvana təzyiqləri artıracaq. Hətta Paşinyanın normal işləməsinə hər cür əngəllər yaradılacaq. Paşinyanın isə Rusiyanın əmrlərinə tabe olmaqdan başqa çıxış yolu yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?