Avropa İttifaqı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında qərarı necə qiymətləndirir?
Gundemxeber.az bildirir ki, Amerikanın Səsinin bu sualına Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano belə cavab verib: "Biz onu deyə bilərik ki, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması haqqında məlumatı diqqətə alırıq. Və əlavə edirik ki, Aİ əvvəlki kimi Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə sadiqdir", o qeyd edib.
Aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi və Rusiya Prezidentinin mətbuat xidməti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinin başlandığını bildiriblər.
“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev AZƏRTAC Dövlət agentliyinə bildirib.
Eyni zamanda aprelin 17-də Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.
"Bəli, bu, həqiqətən də belədir", Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən TASS agentliyi məlumat yayıb.
Həmçinin sosial şəbəkələrdə Rusiya bayraqları altında zirehli transportyor, onlarla benzindaşıyan və yük avtomobilindən ibarət kolonun Qarabağdan çıxmasına dair video görüntülər yayılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?