Dünən ABŞ prezidenti Donald Tramp Rusiyaya “Venesueladan rədd olmağı” tövsiyə edib. O, Rusiya qoşunlarının Venesueladan çıxarılması üçün bütün variantları gözdən keçirdiyini də vurğulamışdı.
Gundemxeber.az bildirir ki, Rusiya tərəfinin cavabı özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Trampa tövsiyə vermək əvəzinə qoşunları Suriyadan geri çağırmalı olduğunu xatırladıb.
“Başqa dövlətlərin qanuni maraqları barədə sərəncam verməzdən öncə, ABŞ administrasiyasına beynəlxalq ictimaiyyət qarşısında verilmiş sözə əməl etməyi tövsiyə edirik. ABŞ-ın hərəkətləri kovboyların özünü Luvr muzeyində aparmasına bənzəyir. Zövq almaq əvəzinə öz fobiyalarına reaksiya verirlər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?