GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe

Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe

Tarix: 2-05-2024, 10:36 Bölmə :Siyasət Baxış: 193


Elman Nəsirov: “Çalışırlar digər yollarla bu prosesdə müəyyən bir boşluqlar tapsınlar və...”


5 apreldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan danışıqlarının nəticəsi olaraq əldə edilən gizli razılaşmalardan biri də İrəvanın silahlandırılmasına maliyyə yardmı etmək ilə bağlı idi. Faktiki olaraq Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində pul ayrılması barədə qərar qətiyyən sülhə hesablanmamışdı, əksinə, bu, Ermənistanı silahlandırma məqsədi güdürdü. 

Bu, deşifrə edilmişdi və hazırda görünən budur ki, Avropa İttifaqı üzvü olan ədalətli ölkələr də Cənubi Qafqazda sabitliyi pozmağa yönəlik layihənin yaradacağı təhükənin fərqindədirlər. Belə ki, Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

Bu barədə “AzadlıqRadiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.

Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

“AzadlıqRadiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir”, - sənəddə deyilir.

Avropa İttifaqı Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilən bir fonddur. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilə qədər fəaliyyətinin uzadılması planlaşdırılır. Fondun hazırkı büdcəsi 17 milyard avrodur. Sonuncu dəfə fondun 15 milyon avro məbləğində pulu Qərbi Afrikadakı Kot-d’İvuar hərbçilərinə ayrılıb. Kot-d’İvuar qeyri-qanuni silahlı qruplarla mübarizə aparır. Ermənistan isə hansısa qeyri-qanuni silahlı qruplarla mübarizə aparmır. Əksinə, Ermənistan uzun illərdir qonşusuna qarşı işğalçılıq və terror siyasəti aparır.

Macarıstanın mövqeyi isə kifayət qədər ədalətlidir, doğrudur. Bu prinsipiallığa görə Avropa İttifaqı növbəti mərhələdə dolandırıcı qərarlarla həmin pulu Ermənistana ötürmək imkanına malikdirmi? Yoxsa Macarıstanın razılığı olmasa heç bir vəsaiti İrəvana ötürmək mümkün olmayacaq? 

Elman Nəsirov: “Üçtərəfli görüş regiondakı proseslərə...”

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Macarıstanın bu addımı Avropa İttifaqında ermənipərəst dairələrin xoşuna gəlməyib. Ona görə də Macarıstana təzyiq göstərirlər. Çalışırlar ki, digər yollarla bu prosesdə müəyyən bir boşluqlar tapsınlar və hər hansı yolla həmin vəsaiti Ermənistana çatdırsınlar:

 “Əvvəla, Macarıstanın mövqeyi ədalətlidir. Əslində əgər Ermənistana 10 milyon vəsait ayrılırsa, Azərbaycana bundan dəfələrlə çox vəsait ayırmaq lazımdır. Çünki ərazisi işğal altında olan, rayonları, kəndləri, əhalisi terrora, etnik təmizləməyə məruz qalan Azərbaycan olub. Ermənistan silahlı birləşmələri və terrorçu erməni silahlıları Azərbaycana qarşı uzun illər terror aktları həyata keçiriblər. Qanunsuz silahlı birləşmələrin hücumlarından məhz Azərbaycan məhrumiyyətlər yaşayıb. Belə olan vəziyyətdə Ermənistana məlum vəsaitin ayrılması təəccüb və təəssüf doğurur. Həm də bu birbaşa Avropa İttifaqının nə dərəcədə "ədalətli, obyektiv" olduğunun göstəricisidir. Azərbaycan dövləti güclü dövlətdir və 10 milyon avronu Azərbaycana verməməklə, həmin vəsaiti Ermənistana ayırmaqla Azərbaycana qarşı olan pis niyyətlərini reallaşdıra bilməzlər. Biz 2021-ci ildən bəri təkcə işğaldan azad edilmiş Qarabağın bərpası, yenidən qurulması prosesinə 14 milyard manat, yəni təxminən 8 milyard dollar vəsait ayırmışıq. Ona görə də burada əsas məsələ, söhbət prinsiplərdən, ədalətdən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətdən gedir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün Avropa İttifaqının Sülh Fondu bu cür davranışları ilə adındakı sülh sözünə uyğun olmayan bir davranış ortaya qoyur. Onlar bilməlidirlər və əslində bilirlər ki, Ermənistan hətta başqa təyinat üçün aldıqları vəsaiti də millitarist niyyətlər üçün sülhə qarşı xərcləyir. Belə olan vəziyyətdə Sülh Fondunun Ermənistan ordusu üçün vəsait ayrılması onun əslində Müharibə fondu kimi çıxış etməsidir. Onlar, hər halda, vəsaiti başqa yollarla Ermənistana ötürməyə çalışacaqlar".   

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarını qəbul etsə də, bunu praktiki olaraq icra edə bilmir. Buna səbəb Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanmasıdır. Rəsmi Budapeştin şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin: “Aprel ayında Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı qərar verib. 10 milyon avro bir batalyon üçün modul tipli düşərgənin yaradılmasına sərf olunmalıdır. Avropa İttifaqı  Ermənistana hərbi yardım vermədiyində israr etsə də, maliyyənin məhz erməni ordusuna sərf edilməsi qərarı rəsmi Bakının narahatlığını və iradlarını haqlı çıxarır. Azərbaycan Brüssel görüşündən öncə bununla bağlı həm Aİ-yə, həm ABŞ-a narazılığını bildirsə də, Ermənistana yardım qərarı dəyişmədi. İndi Aİ bu qərarla bağlı öz daxilində müxalifətlə üzləşib. Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstan artıq bir neçə həftədir Aİ-nin Ermənistana yardım layihəsinin təsdiq edilməsinə veto qoyur”.


GUNDEMXEBER,AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 milyard avro ödəyəcək

    ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 ...

    14-03-2018, 20:00

  • 
  • Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır

    Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - ...

    2-06-2018, 12:38

  • 
  • “Avropa İttifaqı ilə münasibətləri pozmağa hazırıq” - Lavrov

    “Avropa İttifaqı ilə münasibətləri pozmağa ...

    12-02-2021, 13:03

  • 
  • "Avropa İttifaqı qondarma Cənubi Osetiyada keçirilən seçkiləri tanımır"

    "Avropa İttifaqı qondarma Cənubi Osetiyada ...

    18-05-2017, 09:30

  • 
  • Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ləğvinə çağırır

    Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ...

    10-10-2014, 14:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu