Hazırda Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Maydanda, tribunada çıxış edib. Başqan xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, M.Ə. Rəsulzadə irsindən danışıb. O, deyib ki, bu gün Ukraynada yalnız Ukrain xalqının deyil, digər post-sovet ölkələri xalqlarının da taleləri həll olunur; o cümlədən də rus xalqının. İsa Qəmbər öz çıxışında vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilərlər. Lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstəyi ifadə edən Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun", şüarı ilə çıxışını bitirib. Müsavat başqanını səfərdə müşayiət edən müavini Gülağa Aslanlı və Ukraynada yaşayan sabiq daxili qoşunlar komandanı Fəhmin Hacıyev də Maydanın baş tribunasında olublar.
16:51
Minval.az saytının Kiyevdə olan müxbiri müxalifət liderlərindən olan Vitali Kliçko ilə söhbət edə bilib. “Müxalifət baş nazir Azarovu istefaya göndərə biləcəkmi” sualına cavabında Kliçko deyib ki, hər şey xalqdan asılıdır: “Xalq isə axıradək gedəcək, o, artıq öz seçimini edib”.
Kliçko GUAM ölkələrinin əməkdaşlığına tərəfdar odluğunu da söyləyib. Onun sözlərinə görə, belə bir əməkdaşlıq Rusiyanın təzyiqlərini məhdudlaşdırardı.
16:34
Minval.az saytının Kiyevə ezam olunmuş əməkdaşı Emil Mustafayev Ukraynanın ən varlı adamlarından biri və fəal “maydanovçu” Aleksey Poroşenkodan kiçik müsahibə alıb. “Maydan hərəkatının nəticəsi necə olacaq” sualına o, belə cavab verib: “Yanukoviç xalqla konfrontasiyaya getməməlidir. Əks halda o uduzacaq – ona kimi uduzan bütün avtokratlar kimi”.
Əməkdaşın 16.34-də verdiyi məlumata görə, hazırda mitinqdə müxalifətçi “UDAR” hərəkatının lideri Vitali Kliçko çıxış edir.
* * * * Kiyevin Müstəqillik meydanında keçirilən aksiyaya 200 mindən çox adam toplaşıb. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” agentliyi yayıb. Ukrayna müxalifəti mitinqçilərin sayının 300 min olduğunu bəyan edib.
Kiyev milisi isə aksiyada 18 minə yaxın adamın iştirak etdiyini açıqlayıb.
Bu arada isə məlum olub ki, Avropa Birliyi Urkayna ilə ticarət sazişi üzrə işləri dayandırıb.
***
12.06
Ukraynanın paytaxtı Kiyevdəki Müstəqillik meydanına “Ləyaqət günü” adı altında keçiriləcək aksiyanın iştirakçıları toplaşmağa başlayıb. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, aksiya yerli vaxtla saat 12.00-da (Bakı vaxtı ilə 14.00) başlayacaq.
Bir çox müxalifət tərəfdarı gecəni meydanda keçirilib.
Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbər də Maydanda olacaq. O, Azərbaycan müxalifətinin və Müsavat Partiyasının Avropaya inteqrasiya tərəfdarlarına dəstəyini ifadə edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?