Kiyevin Müstəqillik meydanında keçirilən aksiyaya 200 mindən çox adam toplaşıb. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” agentliyi yayıb. Ukrayna müxalifəti mitinqçilərin sayının 300 min olduğunu bəyan edib.
Kiyev milisi isə aksiyada 18 minə yaxın adamın iştirak etdiyini açıqlayıb.
Bu arada isə məlum olub ki, Avropa Birliyi Urkayna ilə ticarət sazişi üzrə işləri dayandırıb.
Ukraynanın paytaxtı Kiyevdəki Müstəqillik meydanına “Ləyaqət günü” adı altında keçiriləcək aksiyanın iştirakçıları toplaşmağa başlayıb. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, aksiya yerli vaxtla saat 12.00-da (Bakı vaxtı ilə 14.00) başlayacaq.
Bir çox müxalifət tərəfdarı gecəni meydanda keçirilib.
Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbər də Maydanda olacaq. O, Azərbaycan müxalifətinin və Müsavat Partiyasının Avropaya inteqrasiya tərəfdarlarına dəstəyini ifadə edəcək.
Sorğu
Yeni dizaynımız necədir?