Gundemxeber.az » Siyasət » Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri münasibətlərdə yeni dönəmin başlanğıdır
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni dönəmin başlanğıcı oldu.
Qahirə şəhərində keçirilən görüşlərdən və müzakirələrdən sonra əlaqələr daha əhatəli inkişaf edəcəkdir. Prezidentlərin təkbətək və geniştərkibdə görüşlərindən sonra iki dövlət arasında 7 mühüm əhəmiyyətli sənəd imzalanıb.
Qeyd edilib ki, Misir və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və s. çərçivəsində birgə əməkdaşlıq edir. Cənubi Qafqazda sülhün bərqərar olmasına Misir hər zaman dəstəyini ifadə edib. Azərbaycan isə Misirin xarici siyasətinə öz köməyini əsirgəməyib. Xüsusilə prezidentlər mətbuata bəyanatla çıxış etdikləri zaman hansı məsələlərə önəm verdiklərini bir daha bəyan etdilər. Cənubi Qafqazda sülhün bərqərar olması istəyi bir daha diqqətə çatdırıldı. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Həmçinin, hər iki prezident İsrail və Fələstin münaqişəsinin tezliklə başa çatmasını, BMT-nin qərarları çərçivəsində məsələnin həllinin vacibliyinə toxundular.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi mediaya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikitərəfli əlaqələri gücləndirəcəyini qeyd edib. “Misir Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasına sadiqdir”, – deyən Əbdülfəttah əs-Sisi Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqların iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əl-Sisini COP29-a dəvət edib.
Prezident İlham Əliyev Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibilə də görüşüb. Bu zaman ölkə başçısı uzun illər işğal altında qalmış torpaqlarda məscidlərin dağıdıldığını, viran qoyulduğunu bəyan edib.
Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi. Şeyx Azərbaycanda keçiriləcək COP29 tədbirinə dəvət edildi. İmam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycanda ərəb dilinin inkişaf etdirilməsi, öyrədilməsinə dəstək göstərə biləcəyini qeyd etdi. Bir sözlə, Prezident İlham Əliyevin Misirə səfəri və çox əhəmiyyətli görüşlərin baş tutması iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bir daha göstərdi. Əlaqələrin artırılmasının yüksələn xətt üzrə inkişafının diqqətdə saxlanıldığı bildirildi. Münasibətlərin güclənməsi hər iki dövlətin beynəlxalq arenada birgə addımlayacağını, həmrəylik nümayiş etdirərək, bir-birini dəstəkləyəcəyini söyləməyə imkan verir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
11-04-2014, 11:06
4-04-2016, 00:07
6-11-2015, 01:22
2-02-2016, 22:45
22-06-2017, 14:41
Sorğu
Yeni dizaynımız necədir?