GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Müdafiə Nazirliyinin Ermənistana XƏBƏRDARLIĞI: Üç paytaxtdan TƏHDİD!

Müdafiə Nazirliyinin Ermənistana XƏBƏRDARLIĞI: Üç paytaxtdan TƏHDİD!

Tarix: 27-07-2024, 13:09 Bölmə :Siyasət Baxış: 308

Müdafiə Nazirliyinin üç paytaxtı Ermənistanı yeni müharibəyə təhrikdə suçlaması vəziyyətin riskli xarakter aldığını göstərir    

Azərbaycan Müdafiə Nazirliyinin  iyulun 25-də yaydığı  bəyanatda həm Brüsseli, həm Vaşinqtonu, həm də Parisi Ermənistanı yeni müharibəyə həvəsləndirməkdə ittiham etməsi ciddi müzakirə mövzusuna çevrilib. Çünki adətən, xaricə bu cür ünvanlı  bəyanatları Müdafiə Nazirliyi deyil, Xarici İşlər Nazirliyi yayır.   

Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsinin davamlı xarakter  aldığını qeyd edərək  bəyan edib: “Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən ”Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".

Müdafiə Nazirliyi  Ermənistan və onun havadarlarını Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməyə çağırıb:  “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.  

Bu dəfə məhz Müdafiə Nazirliyinin belə bir bəyanat verməsi vəziyyətin get-gedə daha ciddi xarakter aldığı və real müharibə riskinin yarandığının anonsu sayıla bilərmi? Qərb paytaxtları müharibəyə təhrikdə ittihamlara cavab verəcəklərmi?

Polkovnik HHQ-nin yeni komandanı haqda nələr danışdı?

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son günlər Cənubi Qafqaz regionunda ümumi gərginliyin artması tendensiyası müşahidə edilir. Gərginliyin yaranmasının əsas səbəblərindən biri ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirməsi, İrəvana Fransa tərəfindən hücum xarakterli silahlar verilməsidir: “Bütün bu və digər məsələlər bölgədə sabitliyə, sülhə ciddi təhdid yaradır. Azərbaycan bölgədə sülh, sabitlik istəyən dövlətdir. Eyni zamanda, Azərbaycan Ermənistanın silahlandırılmasına, müharibəyə həvəsləndirilməsinə laqeyd qala bilməz. Ona görə də Müdafiə Nazirliyimizdən öncə  Prezident İlham Əliyev bəyan elədi ki, Ermənistandan Azərbaycana təhdid, təhlükə yaradan hədəfləri məhv etməyə hazırıq. Müdafiə Nazirliyinin də təxminən eyni məzmunlu və sərt xəbərdarlığın əks olunduğu bəyanat yayması məsələnin hərbi məzmun almağa başlamasından xəbər verir. Bəyanatda Ermənistana bu və ya digər formada dəstək verən dövlətlərə də xəbərdarlıq edilir ki, Azərbaycana qarşı təxribatlar dayandırılmadığı təqdirdə çox sərt formada cavab veriləcək. Və öncədən də elan edilir ki, bu zaman baş verəcəklərin məsuliyyəti Azərbaycanın üzərinə düşməyəcək, məsuliyyət Ermənistanın və onu təxribatlara həvəsləndirənlərin üzərində olacaq. Yəni ki, bundan sonra heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycana ”niyə Ermənistana qarşı bunu etdin?" deyə irad bildirməməli və sual ünvanlamamılıdır. Ermənistanın başına hansı bəlalar gələcəksə günahkarı, səbəbkarı Ermənistan hakimiyyəti və ona havadarlıq edənlər hesab olunacaq. Ermənistanı silahlandırıb qızışdıran dövlətlər buna cavab verməlidirlər. Onlar Cənubi Qafqazı savaş meydanına çevirmək istəyirlər".

Ekspertin qənaətincə, prosesin gedişatı və Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı hərbi toqquşmanın hər an baş verə bilmək ehtimalının yüksək olduğunu göstərir: “Ermənistanın son günlər təxribatları hərbi toqquşmanı qaçılmaz edə bilər. Əgər Qərb, əsasən də ABŞ bölgədə həqiqətən sabitlik, sülh istəyirsə, ilk növbədə Azərbaycanın tələbini yerinə yetirib Ermənistana silah verilməsini, müxtəlif addımlarla müharibəyə həvəsləndirmələrini dayandırmalıdırlar. Bu olmayacaqsa, məsuliyyət onların üzərində qalacaq. Heç kim sonra çıxıb bizə deməsin ki, nədən belə etdiniz. Azərbaycan hərbi qüvvələri dövlətimizin sərhədlərini, təhlükəsizliyini qorumaq üçün Ermənistana elə bir ağır zərbə vurarlar ki, Ermənistan dövləti onun altından çıxa bilməz. Bu zaman ermənilərin dadına Fransa da çata bilməyəcək. Ermənistanın silahlandırılması və təxribatlara sövq edilməsi təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaza, həmçinin Rusiyaya, Türkiyəyə, İrana təhlükədir. Ona görə də bu dövlətlər də məsələyə münasibət bildirməlidirlər”./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

    Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi ...

    25-09-2018, 10:52

  • 
  • Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyini yeni rabitə vasitələri ilə təchiz edəcək

    Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyini ...

    25-09-2018, 20:15

  • 
  • Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI

    Müdafiə Nazirliyindən Ermənistana S-300 ...

    29-09-2020, 15:49

  • 
  • Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır

    Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - ...

    2-06-2018, 12:38

  • 
  • Müdafiə Nazirliyindən Ermənistana sərt mesaj: "Məhv edəcəyik!"

    Müdafiə Nazirliyindən Ermənistana sərt mesaj: ...

    4-09-2015, 17:02


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (328)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu