Sabiq Müdafiə Naziri Səfər Əbiyevin korrupsiya əməlləri, rüşvətxorluq və maliyyə frıldaqları barədə Zabitlər Birliyinə yeni məlumatlar daxil olub. “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin əldə etdiyi məlumatlara görə, bir sıra yüksək rütbəli zabit və generalların S.Əbiyevin nazir postundan çıxarılması barədə Ali Baş Komandanın qərarına etiraz əlaməti olaraq ordudan tərxis olunmaq üçün raport (ərizə) yazmaları ölkənin siyasi rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb.
Bəzi qaynaqlar “əbiyevçilərin” bu hərəkətlərinin ölkə başçısını qıcıqlandırdığını və Ali Baş Komandan tərəfindən bu özbaşınalığın “qudurğanlığın ən yüksək fazası” kimi dəyərləndirilməsini bildirir.
Zabitlər Birliyinin ekspertləri hesab edirlər ki, yüksək rütbəli zabit və generalların S.Əbiyevin nazir postundan çıxarılması barədə Ali Baş Komandanın qərarına etiraz əlaməti olaraq ordudan tərxis olunmaq üçün raport yazmaları, əslində Səfər Əbiyev tərəfindən yaradılmış və onun rəhbərliyi altında fəaliyyət göstərən qanunsuz gizli qruplaşmanın mövcudluğuna dəlalət edir.
Ekspertlərin dəyərləndirmələrinə görə sabiq Müdafiə Naziri S.Əbiyevin qanunsuz gizli qruplaşması 19 il ərzində kifayət qədər maliyyə resursları toplamış, şaxələnərək MN-sistemindən kənar qurumlara, hətta xarici ölkələrə, o cümlədən Türkiyəyə siyarət edə bilmişdir.
Zabitlər Birliyinə daxil olan məlumatlara görə milli təhlükəsizlik orqanları Səfər Əbiyev qruplaşmasının izinə düşüb. Səfər Əbiyev özü isə ev dustağıdır və xüsusi xidmət orqanlarının tam nəzarəti altında saxlanılır. Onun sərbəst hərəkət etmək imkanları məhdudlaşdırılıb.
Milli təhlükəsizlik orqanları qarşısında qruplaşmanın tam tərkibinin, maliyyə resurslarının, fəaliyyət istiqamətlərinin və məqsədlərinin müəyyən edilməsi tapşırığı durur.
Hal-hazırda hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində geniş miqyaslı yoxlamalar aparılır. Yoxlamalar çərçivəsində bir sıra hərbçilərdən, mülki vətəndaşlardan daxil olan ərizələrdə göstərilən faktlar və şikayətlər də araşdırılacaq. Əldə edilən məlumatlara görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin 20 noyabr 2013-cü il tarixli bəyanatında (Səfər Əbiyevə qarşı ictimai ittihamnamə) göstərilən faktlar da yoxlama predmeti olacaq.
Hərbçilərin və ailə üzvlərinin ərizələri əsasında MN-nin sabiq Maliyyə və Büdcə rəisi Elçin Mehdiyevin düşməncilik fəaliyyəti nəticəsində həbs edilmiş bir necə maliyyəçi zabitin işləri artıq hərbi prokurorluq tərəfindən yenidən araşdırılır.
S.Əbiyevin rəhbərliyi dövründə aparılan tikinti işlərinin ilkin yoxlama mərhələsində artıq xeyli saxtakarlıq və yeyinti faktları aşkarlanıb. Müdafiə Nazirliyinin (oxuyun – Səfər Əbiyevin) sifarişi əsasında işləyən tikinti firmalarından görülmüş işlərə görə ya həddən artıq çox pullar ödəmək ya da pulların bir qismini ödəməmək yolu ilə böyük məbləgdə rüşvət tələb etmə halları ortaya çıxıb.
Səfər Əbiyevin bu maliyyə flrıldaqlarında aparıcı rol oynayan Elçin Mehdiyevin çinayət məsuliyyətinə cəlb olunacağının mümkünlüyü proqnozlaşdırılır. Sabiq idarə rəisi hərbi hissələrdən birinə maliyyəçi vəzifəsinə təyin olunsa da, digər “zəkalı” “əbiyevçilər” kimi ağasının məsləhəti ilə hərbi hospitalada “müalicə almaq” yolu ilə məsuliyyətdən yayınmağa cəhd edir.
S.Əbiyevin bir cox ehtiyatda olan zabit və generallarla, QHT-lərlə, o cümlədən Dadaş Rzayevlə, M.Sarıyevlə, Emin Həsənli ilə işbirliyi məsələləri də araşdırılır.
MN-nin Mənzil-İstismar idarəsi ləğv olunsa da, Səfər Əbiyevin əsas maliyyə fırıldağı və mənzil maxinasiyaları əsasında rüşvət mənbəyi sayılan bu təşkilatda da yeyintilər və digər qanunsuz əməllər araşdırılır.
Burada aşkarlanan faktlardan biri də Müdafiə Nazirliyinin Sovet dövründən açıq hərbi şəhərciklərdə yerləşən mənzil fondu ilə bağlıdır. Belə ki, bütün bu şəhərciklərdə yerləşən mənzillər çoxdan mülki şəxslər tərəfindən özəlləşdirilsə də, mənzillər qeyri-qanuni olaraq Müdafiə Nazirliyinin fondunda saxlanılırmış. Bu minvalla Səfər Əbiyev həmin şəhərciklərdə hərbi mənzil-istismar sahələrinin saxlanılması faktını əsaslandırırmış. Orada qalan bir neçə (sayı həmin şəhəcirkdə yerləşən mənzillərin 0,001%-indən çox olmayan) 20-30 il xidmət etdikdən sonra ehtiyata buraxılan zabitə yaşadıqları mənzillərin özəlləşdirilməsinə maneçilik törədirmiş ki, öz qərarını həm də bu yolla əsaslandıra bilsin. Səfər Əbiyev həmin şəhərciklərdə hərbi mənzil-istismar sahələrini saxlamaqla təmir-tikinti işləri, kommunal xidmətlər, lift xidməti, YSM istifadəsi və s. adı altında hərbi büdcədən küllü miqdarda dövlət vəsaitinin özü və əlaltıları tərəfindən mənimsənilməsinə şərait yaradırmış. (milaz.info)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?