Keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsus olan ərazi onun əlindən alınıb. “gundemxeber.az” xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat daxil olub. Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazi əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olub. Bir sıra məlumatlara görə həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideyalar olub. Lakin bu ideyalar Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş müdafiə naziri həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma bu gün həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin AS Group Investment tərəfindən aparıldığı qeyd olunub. Verilən məlumata görə, Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra həmin ərazi üzrə hakimiyyətini itirib və faktik olaraq həmin ərazi üzrə “əl dəyişimi” həyata keçirilib. Həmin ərazinin AAHM balansında qalıb-qalmaması sual mövzusudur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?