GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır

ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır

Tarix: 20-09-2024, 19:48 Bölmə :Siyasət Baxış: 188

ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma

Zəngəzur dəhlizinə özəl şirkətin nəzarət etməsi məsələsi bu gün müzakirə predmetidir. Eyni zamanda bu məsələ daha çox Ermənistanda müzakirə edilir. Ancaq burada da problemlər mövcuddur. Belə ki, bu, əvvəla nəzarətin hansı formada həyata keçirilməsi ilə bağlı fərqli baxış mövcuddur.

GUNDEMXEBER.AZ bildirir ki, bunu teleraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti nəzarət və təhlükəsizlik baxımından bütün məsələnin Ermənistanın suveren hüquqları olduğunu düşünür:
“Eyni zamanda Ermənistanın dövlət strukturlarının bunu həyata keçirməsini tələb edir. Paralel olaraq bu məsələnin güzgü xarakterli olmasını istəyir. Bu nəzarət mexanizminin necə həyata keçirilmə şəkli də Ermənistansayağı formada təqdim olunur. Ermənistan hökuməti bunun yalnız dəmir yoluna tətbiq olunduğu təqdirdə bilavasitə qatar daxilində vətəndaşların təhlükəsizliyini təmin edəcək səviyyədə məhdud olmasını istəyir.

Çünki Azərbaycan Naxçıvana keçid əldə edərkən Ermənistan da Azərbaycan vasitəsilə Rusiyaya keçid əldə edəcək. Amma Bakı hələlik üçüncü bir tərəfin Azərbaycan ərazisində fəaliyyət göstərməsinin əleyhinədir. Ona görə bu məsələ hələ də açıq qalır”.

Politoloq vurğulayıb ki, Rusiyanın yeganə istinadgahı 2020-ci il 10 noyabr sənədidir:

“Amma 10 noyabr sənədi nə qədər tez-tez dilə gətirilmiş olsa da, onun əksər müddəaları həyata keçirilmədi. Burada da əsas problem Ermənistan və Rusiyanın üzərinə düşür. Çünki 10 noyabr sənədinə görə götürülən öhdəliklər var idi. Bu öhdəliklərin əksəriyyəti yerinə yetirilmədi. Bəzilərinə Rusiya imkan vermədi. Məsələn, dördüncü və yeddinci müddəa, yəni məcburi köçkün və qaçqınların geri qayıtması məsələsi ilə bağlı BMT-nin işə cəlb olunması, qaçqınlarla bağlı komissiyaya Rusiya imkan vermədi. Hər şeyin özünün nəzarətində olmasını istədiyi üçün bu müddəa da işlək olmadı. Eyni zamanda erməni silahlı birləşmələri terrorçularının 2023-cü il 19 sentyabra qədər Qarabağda varlığı məhz Rusiya ilə əlaqədar idi. Rusiya onlara müxtəlif səviyyədə logistik və təhlükəsizlik təmin etdi. Hətta bəzi silahların verilməsi məsələsində rol oynadı. Ermənistandan yeni minalar və digər silahların ötürülməsində Rusiya birbaşa vasitəçi olaraq daşıyıcı kimi iştirak etdi. Son günə qədər Rusiya əslində separat rejimi və onun terrorçu qruplaşmasını müdafiə etdi.

Ona görə də, 10 noyabr sənədinə istinad edərək Rusiya başqa çıxış yolunun, yəni hüquqi təminatın olmadığı üçün tez-tez bu sənədə istinad edir. Sənədin doqquzuncu müddəasında təhlükəsizliyin təmin olunması məsələsi Ermənistanın səlahiyyətinə verilir. İrəvan məhz bu cümlədən istifadə edərək dolayısı ilə təhlükəsizlik və nəzarətin də Ermənistan dövlət strukturlarının səlahiyyəti çərçivəsində olmasını tələb edir. Ona görə suverenlik hüququ kimi hüquqlar, ərazinin yurisdiksiya məsələsi xüsusi olaraq önə çəkilir. Bu səbəbdən Rusiyanın bu yöndə ciddi nailiyyət əldə edəcəyinə o qədər də optimist yanaşmıram. İrəvan Rusiyanın qəzəbindən zaman-zaman özünə dur deməyi və bu qəzəbdən sığortalanmağı bacarır. Ona görə bəzən bu cür fikir mübadiləsi aparmaqla, müəyyən ümidlər verməklə Ermənistan zamana oynamağa davam edir”.

Politoloq bildirib ki, ABŞ noyabr ayında prezident seçkilərinə qədər sülh sənədinin imzalanmasında maraqlıdır:

“Birincisi, sülh müqaviləsi imzalanarsa, bu, Co Bayden administrasiyasının uğuru kimi demokratların ünvanına yazılacaq bir müsbət məqamdır. Seçkiöncəsi demokratların buna ehtiyacı var. Çünki Baydenin belə bir siyasi uğuru mövcud deyil. Əlbəttə, ABŞ ikinci bir uğuru HƏMAS-İsrail qarşıdurması kontekstində əldə etmək istəyirdi ki, burada da ciddi problemlər yarandı. Bu əngəli yaradan da İsraildəki Netanyahu hökumətidir. Bu, məsələnin birinci tərəfidir.

Digər halda belə bir sülh sənədinin imzalandığı təqdirdə Rusiya oyundankənar vəziyyətdə qalır. Yəni Rusiyasız baş tutan sülh müqaviləsi Kremlin prosesdən kənarda qalması anlamına gəlir. Bu da Rusiyanın bundan sonra Azərbaycan-Ermənistan sülh prosesinə təsir imkanlarını məhdudlaşdıracaq. Ona görə ABŞ belə bir sülh müqaviləsinin Rusiyasız imzalanmasını istəyir. Bu kontekstdə ABŞ-ın fəallaşdığını, hətta xüsusi nümayəndə heyətinin Azərbaycan və Ermənistana gəlib danışıqlar apardığını da müşahidə edirik. Hesab edirəm ki, bu, Ermənistan xarici işlər nazirinin növbəti görüşünə bir təşəbbüs kimi də dəyərləndirilə bilər. Düşünürəm ki, konkret belə bir təklif olub. Çünki dövlət katibi Blinken Azərbaycan prezidenti ilə telefon danışığında belə bir görüşə eyham vurub. Bunun üçün hazırlıqlar görülüb və konkret təkliflər olunub".
ABŞ sülh müqaviləsi kontekstində regionda yeni nəqliyyat kommunikasiyanın açılmasını istəyir:
“Söhbət Avropanı Orta Asiya ilə bağlayacaq dəhlizdən gedir. Burada ABŞ-ın əsas niyyətlərindən biri Rusiya, Çin və İranı bu yeni nəqliyyat kommunikasiya sistemindən kənarda tutmaqdır. Yəni onlardan yan keçən bir nəqliyyat kommunikasiya sistemini düşünür. ABŞ paralel olaraq bir də xarici şirkətlər vasitəsilə prosesə nəzarət ideyası da düşünürəm ki, bu da ABŞ-ın fikridir. Dolayısı ilə ABŞ həmin şirkətlər vasitəsilə bu nəqliyyat kommunikasiya sisteminə özü nəzarət etmək istəyir. Bu ad olaraq Ermənistan və xarici şirkətlər olacaq. Amma bu, özü elə ABŞ-ın nəzarəti anlamına gəlir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəngəzur dəhlizinə kim nəzarət etməlidir? - Bakının şərti

    Zəngəzur dəhlizinə kim nəzarət etməlidir? - ...

    18-09-2024, 22:08

  • 
  • Ermənilərin daxilində Qarabağ müharibəsi gedir

    Ermənilərin daxilində Qarabağ müharibəsi gedir ...

    13-02-2019, 09:31

  • 
  • Zəngəzur dəhlizi beynəlxalq şirkətin nəzarətinə verilir? - Xamenei və Şoyqunun açıqlamaları bunu təsdiq edir

    Zəngəzur dəhlizi beynəlxalq şirkətin nəzarətinə ...

    11-08-2024, 17:44

  • 
  • Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin açılması LABÜDDÜR

    Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin ...

    26-09-2022, 12:33

  • 
  • Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ bir qədər fərqlidir”

    Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ ...

    7-12-2020, 14:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu