GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyevin COP tribunasından cəsarətli çıxışı: Dünyanın gözü Bakıdadır

İlham Əliyevin COP tribunasından cəsarətli çıxışı: Dünyanın gözü Bakıdadır

Tarix: 15-11-2024, 20:35 Bölmə :Siyasət Baxış: 234


Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) 5-ci gündür ki, davam edir.

Hazırda Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib. Tədbir yüksək səviyyəli olması ilə yanaşı, verilən mesajları ilə də diqqət çəkir. Xüsusi ilə də Azərbaycan Prezidenti İlham Əliyevin COP29 sammitində etdiyi cəsarətli çıxış hələ də müzakirə olunur. Dünyanın müxtəlif media orqanları dövlət başçımızın çıxışından sitatlar gətirir və onu şərh edir. "Haber Global"ın hazırladığı sujetdə bildirilir ki, prezidentin COP29 sammitində Fransa və Niderlandla bağlı haqlı tənqidləri Brüsseldə əks-səda doğurub: 

"İlham Əliyev Fransa və Niderlandı dənizaşırı əraziləri çirkləndirməkdə məsul bilib. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə bu iki ölkəni müdafiə edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin ikili standartlarını nümayiş etdirən Borrelə verdiyi qəti cavabla mövqeyini aydın şəkildə ortaya qoyub. O, Aİ üzvü olmağın heç bir ölkəyə müstəmləkəçilik hüququ vermədiyini bildirib".

Prezident İlham Əliyev çıxışında xronoloji ardıcıllıqla Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələri sadaladı və onları alqışlamağa çağırdı: 

“Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”, -dövlət başçısı bu xalqların haqq səsini mühüm tədbirin tribunasından səsləndirdi.

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri  ilə təmasları gücləndirək

Prezident Müstəmləkəçilərin bu ərazilərdə apardığı nüvə sınağına görə ətraf mühitin çirklənməsini iqlim sammitində dilə gətirdi. O, konkret faktlarla bildirdi ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır.

“Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Məhz COP29-da Azərbaycanın da təşəbbüsü ilə bu dövlətlərin qarşılaşdıqları ekoloji problemlər səsləndiriləcək və həlli istiqamətində qərarlar veriləcək.

Azərbaycan COP29-a 11 ay ərzində yüksək səviyyədə hazırlaşdı. Ölkəmizə gələn rəsmi şəxslərin açıqlamaları bunu deməyə əsas verir. Dövlətimiz bundan öncəki beynəlxalq tədbirlərin təşkilində əldə etdiyi təcrübəni COP29-da uğurla tətbiq etdi.

BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar bildirir ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

“Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır. Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq".

Özbəkistanın ekologiya naziri Aziz Abdulhakimov da tədbirin yüksək səviyyədə hazırlandığını bildirir: “İlk olaraq azərbaycanlı həmkarlarımızı və dostlarımızı tədbirin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub”. O, tərəfdaşlar və həmkarlarla görüşmək, qlobal ekoloji gündəmin bütün məsələlərini "tet-a-tet" müzakirə etmək imkanına görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib. Abdulhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün Bakıda COP29 çox uğurla keçir.

Təşkilatçılıq ən yüksək səviyyədədir - İqor Şumakov - "İki sahil"

Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin rəhbəri İqor Şumakov deyir ki, Rusiya nümayəndələri üçün forumda işləmək xoş və rahatdır.

"Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə böyükmiqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib. Tədbirin ilk günlərində 80-dən çox prezident və hökumət başçısı iştirak edib. Buna görə də təşkilatçılıq ən yüksək səviyyədədir, burada işləmək bizim üçün çox xoş və rahatdır".

İtaliyanın İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Professor Françesko Korvaro da məmnuniyyətini ifadə edib: "İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur və bu problemin öhdəsindən gəlmək üçün tam öhdəliyimizi nümayiş etdiririk".

Xarici qonaqların tədbirlə bağlı ölkəmizə səfərləri davam edir. Dünyanın gözü hazırda Bakıdadır və  ekoloji problemlərin həlli istiqamətində alınacaq qərarları diqqətlə izləyir./musavat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq

    Bu gün COP29 çərçivəsində Dünya Liderlərinin ...

    12-11-2024, 10:17

  • 
  • Fransa naziri etiraz olaraq Bakıda keçirilən COP29-da iştirakdan imtina edib

    Fransa naziri etiraz olaraq Bakıda keçirilən ...

    15-11-2024, 17:15

  • 
  • İlham Əliyev G20 sammitində çıxış etdi

    İlham Əliyev G20 sammitində çıxış etdi ...

    16-11-2015, 12:54

  • 
  • BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə dəyirmi masası keçirildi

    BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə dəyirmi ...

    23-09-2024, 22:08

  • 
  • İordaniya Kralı COP29-a dəvət olunub

    İordaniya Kralı COP29-a dəvət olunub ...

    15-04-2024, 23:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu