GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır

Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır

Tarix: 22-01-2025, 00:12 Bölmə :Siyasət Baxış: 295


Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

“Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, Lavrov deyib.

Rusiyalı naziri əlavə edib ki, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmalar, xüsusən də regiondakı mövcud vəziyyət fonunda hələ də aktualdır və regional təhlükəsizlik məsələsi Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində mühüm yer tutur.

TASS agentliyinin məlumatına görə, görüşdən sonra Mirzoyanla birgə mətbuat konfransı keçirən Lavrov Moskvanın Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması məsələsində tərəf tutmadığını qeyd edib və “Cənubi Qafqazdan uzaqda yerləşən ölkələri” regionda gərginliyi davam etdirməyə yönəlmiş addımlarda ittiham edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə vurğulayıb ki, Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərir.

“Bütün çətinliklərə baxmayaraq, Ermənistan uzunmüddətli və davamlı sülhə nail olmaq üçün səmimi səylərini davam etdirir. Bu, gördüyümüz kimi, regionumuzun bütün ölkələrinin maraqlarına uyğundur”, Mirzoyan qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara yanvarın 7-də verdiyi müsahibəsində Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən danışarkən tərəflərin birbaşa danışıqlara üstünlük verdiyini deyib.

Prezident Əliyev həmçinin Ermənistanın silahlanmasının regionda “yeni gərginliyə” gətirib çıxaracağını bildirib, Zəngəzur dəhlizinin açılmalı olduğunu vurğulayıb.

“Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər”, Əliyev deyib və sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Əliyevin silahlanma ilə bağlı ittihamlarına münasibət bildirərək deyib ki, Ermənistanın hərbi islahat gündəliyində heç bir qeyri-legitim element yoxdur.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Paşinyan yenidən Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsini xatırladıb.

“Sülh qovşağı regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur”, Paşinyan deyib.

Ermənistanın Baş naziri Yerevanın sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etdiyini, Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazır olduqlarını əlavə edib.

Digər tərəfdən, Bakı və Yerevan yanvarın 16-da sərhədlərin delimitasiyası üzrə yeni razılaşma əldə ediblər.

Dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşündən sonra verilən rəsmi açıqlamaya görə, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq, Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər./amerikaninsesi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrov: "Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesinə kömək etməyə hazırdır"

    Lavrov: "Moskva Bakı ilə İrəvan arasında ...

    21-01-2025, 15:14

  • 
  • Sergey Lavrov: "Rusiya buna hazırdır"

    Sergey Lavrov: "Rusiya buna hazırdır" ...

    1-09-2016, 12:29

  • 
  • Lavrov: “Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”

    Lavrov: “Rusiya Dağlıq Qarabağın müstəqilliyini ...

    18-01-2021, 14:23

  • 
  • Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

    Lavrov: "Rusiya bundan sonra da Dağlıq ...

    11-11-2019, 15:31

  • 
  • Lavrov: Ermənistanda siyasi vəziyyət sabitləşənədək Qarabağ məsələsi ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun

    Lavrov: Ermənistanda siyasi vəziyyət ...

    2-11-2018, 14:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu