Milli Məclisin sabiq deputatı, axtarışda olan Rza İbadov eks-spiker Rəsul Quliyevlə birləşərək siyasi partiya yaratması haqda mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Virtualaz.org bildirir ki, sabiq deputat azvision.az-a açıqlamasında Rəsul Quliyevlə hər hansı işbirliyinin olmadığını deyib.
“Kimin ağlına nə gəldi yazırlar. Boş verin getsin. Mənim belə bir niyyətim və planım yoxdu”-deyə R.İbadov qeyd edib.
Hazırda Londonda yaşayan sabiq deputat bundan sonra Azərbaycana gəlmək niyyətində olmadığını da bildirib.
R.İbadov həmçinin deyib ki, işləri ilə əlaqədar tez-tez Türkiyədə olur: “Yox, Azərbaycana gəlmək fikrim yoxdur. Ancaq tez-tez işim olanda Türkiyəyə gəlirəm”.
Xatırladaq ki, yerli mətbuatda yer alan məlumatlarda Rəsul Quliyevin ideya müəllifi olduğu «Gələcək Azərbaycan» adlı partiyanın quruculuğunda hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun, bu günlərdə Almaniyadan mühacir statusu alan keçmiş deputat Hüseyn Abdullayevin və Rza İbadovun da ştirak edə biləcəkləri vurğulanırdı.
Xatırladaq ki, Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisin deputatı olub. Ona qarşı Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?