Keçmiş rəsulçu millət vəkili «Gələcək Azərbaycan» Partiyasında təmsil olunma qərarını verib
Bir zamanlar Rəsul Quliyevlə əlaqələri səbəbindən hədəfə çevrilən və hakim düşərgədən qovulan sabiq deputat Rza İbadov yenidən siyasi fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə qəzetimizə etibarlı mənbələr məlumat verib. Xatırladaq ki, bu günlərdə keçmiş spiker Rəsul Quliyevin yenidən partiya yaratması barədə xəbərlər yayıldı. Və aydın oddu ki, «Gələcək Azərbaycan» adlı partiyanın quruculuğunda hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov və Almaniyadan bu günlərdə mühacir statusu alan, keçmiş deputat Hüseyn Abdullayev də iştirak edə bilər. Bu barədə hələlik məlumatlar dolaşır. “Gündəm Xəbər” redaksiyasına verilən informasiyadan isə aydın olur ki, Rəsul Quliyevin partiyasında sabiq «rəsulçu» Rza İbadov da iştirak edəcək və bu barədə tərəflər anlaşmaya varıblar. Bildirək ki, Rza İbadov zamanında Rəsul Quliyevin sayəsində «neft maqnatlarından» birinə çevrilmişdi. Qeyri-leqal mazut alveri sayəsində keçmiş millət vəkilinin təxminən 40 milyon ABŞ dolları həcmində sərvət topladığı da Azərbaycan mətbuatında iddia olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?