Gundemxeber.az » Siyasət » Türkiyə ilə Azərbaycan arasında təbii qaz sazişini Ərdoğan TƏSDİQLƏDİ
Türkiyə ilə Azərbaycan arasında imzalanan təbii qaz sazişi "Resmi gazete"də dərc edilib.
Bu barədə Gundemxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, 14 may 2024-cü il tarixində İstanbulda imzalanmış "Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında təbii qaz sahəsi üzrə Əməkdaşlıq Sazişi" təsdiq edilib.
Saziş tərəflərin öz ərazilərindən keçməklə, Azərbaycandan və üçüncü ölkələrdən gələn təbii qazın alqı-satqısı, tədarükü, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığın artırılması məqsədi daşıyır.
22-04-2021, 11:56
2-03-2021, 20:18
2-03-2021, 10:01
17-07-2021, 20:02
3-06-2020, 10:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?