GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Müsavat parlamentdə də təmsil olunacaq, qərargahı da olacaq" – (Yenilənib)

"Müsavat parlamentdə də təmsil olunacaq, qərargahı da olacaq" – (Yenilənib)

Tarix: 7-01-2014, 15:33 Bölmə :Siyasət Baxış: 622
"Müsavat parlamentdə də təmsil olunacaq, qərargahı da olacaq" – (Yenilənib)
“Müsavat Partiyası mütləq gedəcəkdi. Milli Şura yaranarkən bu partiyanın sərgilədiyi ikili münasibət, vahid namizəd məsələsini yubadaraq qurumu seytnota salmaları, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məntiqə və siyasi etikaya sığmayan mövqeləri onların qurumun fəaliyyətində maraqlı olmadıqlarını göstərirdi”.

Bunu APA-ya açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

E. Quliyev bildirib ki, Milli Şura məsələsində Müsavat Partiyasının mövqeyi ilə hakimiyyətin mövqeyi üst-üstə düşdüyü üçün partiya qurumdan çıxmağı ləngidib: “İndi isə onlara lazımi yerdən mesaj gəlib. Belə getsə, ya Müsavat Partiyası haqqında keçmiş zamanda danışacağıq, ya da bu partiya hakimiyyətyönlü olacaq. Yəni Müsavat Partiyası parlamentdə də təmsil olunacaq, qərargahları da olacaq. Ancaq bu partiyanın 1918-ci ildə yaranmış Müsavat Partiyası ilə bağlılığı olmayacaq”.

“El” Hərəkatının Milli Şuranı tərk etməyi planlaşdırmadığını deyən E. Quliyev sözlərinə görə, kənardan görünən mənzərə budur ki, müxalif düşərgədə vəziyyət çox pisdir, bu vəziyyətdən çıxmaq üçün yeganə nərdivan isə ancaq Milli Şuradır: “Nə “El” Hərəkatının, nə AXCP-nin, nə də digər qüvvələrin Milli Şuranın parçalamasına yol vermək olar. Bu zərbəni dəf edib, daha sıx, sağlam cərgə ilə qabağa getməliyik. Milli Şuranın öhdəsinə götürdüyü missiya yerinə yetirilməyib. Cəmiyyət deyir ki, ya bir yerdə olmalısınız, ya da sizinlə vidalaşacağıq”.

O, Müsavat Partiyasının atdığı son addımdan sonra “El” Hərəkatının Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq sazişinə cavabının da artıq bəlli olduğunu dilə gətirib: ““El” Hərəkatının Müsavat Partiyası ilə əməkdaşlığa cavabı “yox” olacaq”.

* * * 14:38

Müsavat Partiyası Milli Şuradan çıxması barədə bəyanat yayıb.

Virtualaz.org-un məlumatına görə, bəyanatda bildirilir ki, Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verib, Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina edib, Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün olub.

“Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir.

Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü.

Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə müttəfiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatlıqla qarşılanıb.

Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəaliyyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir”, – deyə bəyanatda bildirilir.

* * * 13:49



Müxalif düşərgədə kompromat savaşı qızışdı

Müsavat başqanının müavini Mehman Cavadoğlu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiyanın Milli Şuradan çıxması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Virtualaz.org-un məlumatına görə, Mehman Cavadoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlının səsləndirdiyi ittihamlar əsassız ittihamlardır: “Müsavat Partiyası heç vaxt hakimiyyətlə əməkdaşlıqda iştirak etməyib. Bundan sonra da iştirak etməyəcək. İstərdim ki, insanlar fikirlərini ifadə edərkən diqqətli olsunlar”.

Xatırladaq ki, AXCP sədrinin müavinin Müsavat Partiyasının Milli Şuradan çıxması ilə bağlı qərarına sərt reaksiya verib. O mediaya açıqlamasında qeyd edib ki, belə görünür, Müsavat Partiyasına 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub.

Müsavat Divanın üzvü İkram İsrafil də facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına cavab verib.

“Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasinda nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə, mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox, bilib də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz”.

* * * 13:07



“Belə görünür ki, Müsavat Partiyasına 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub.

Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur. Əgər belə deyilsə, buyurub açıqlasınlar ki, hansı əsasa görə, Milli Şuranı tərk etdilər? Necə oldu ki, indiyədək Rüstəm İbrahimbəyovun fəxri sədrliyini əsas gətirib, buna görə Milli Şuradan ayrılacaqlarını bəyan edirdilər, Rüstəm İbrahimbəyov fəxri sədrlikdən getdikdən sonra da eyni qərarı verirlər. Deməli, bütün bunlar bəhanə idi və məqsəd hakimiyyətlə separat danışıqlara gedib, hansısa xüsusi korporativ maraqları təmin etmək müqabilində müxalifətin ən böyük birliyini dağıtmaq olub”.

Virtualaz.org bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Milli Şuradan ayrılmaqla bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.



F. Qəhrəmanlı bildirib ki, Müsavat Partiyasının qərarı təəssüf doğurur. Onun sözlərinə görə, Müsavat Partiyasının Milli Şuradan ayrılmaq qərarı onu göstərir ki, partiyanın indiyə qədər söylədikləri məhz bəhanə olaraq ortaya atılmış iddialar olub: “Deməli, burda Müsavat Partiyasının rəhbərliyinə aid olan məqsədlər var. Bu, Müsavatın siyasi kursunun dəyişməsi anlamına gəlir. Çünki Milli Şura real müxalifətin birliyi kimi fəaliyyət göstərirdi. Milli Şuranın rəhbərliyi ilə bağlı ortada hər hansı fikir ayrılığı olmadan Müsavat Partiyasının bu qurumu tərk etməsi artıq Müsavat rəhbərliyində təmsil olunan şəxslərin praqmatik və korporativ maraqları ilə bağlı qərar hesab oluna bilər. Düşünürəm ki, bu qərar cəmiyyətdə deyil, eyni zamanda Müsavat Partiyasının daxilində də ciddi narazılıqlara səbəb olacaq”.

F. Qəhrəmanlı qeyd edib ki, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi ilə qurum zəifləməyəcək, əksinə güclənəcək: “Son aylar Müsavat Milli Şurada olduğu halda, quruma qarşı əks təbliğat aparmaqla məşğul idi. Əks təbliğat aparan qüvvə Milli Şuradan kənarlaşdıqdan sonra isə bu, Milli Şuranın daxili problemlər olmadan, ciddi şəkildə fəaliyyət göstərməsinə zəmin yaradacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura daha sağlam olar”

    Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura ...

    28-12-2013, 17:35

  • 
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36

  • 
  • Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını verəcək

    Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını ...

    9-12-2013, 11:59

  • 
  • “Müsavat Partiyası çoxluğun mövqeyi ilə razılaşacaq”

    “Müsavat Partiyası çoxluğun mövqeyi ilə ...

    18-11-2013, 16:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu