GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək

Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək

Tarix: 30-07-2025, 18:45 Bölmə :Siyasət Baxış: 60

Ukrayna savaşı və Rusiya ətrafında yaranmış indiki situasiyanın yaxın gələcəkdə Kremlin əleyhinə bir neçə ssenari üzrə inkişaf edə biləcəyi ehtimal olunur... Əgər, tezliklə sülh olmasa, 2030-cu ilə qədər Rusiyanın nüvə silahından istifadə cəsarətindən məhrum, hətta öz sərhədlərini belə, qorumaq imkanları məhdudlaşmış nəhəng coğrafi areala çevriləcəyi iddia edilir...

Ukrayna savaşı uzandıqca, Qərb siyasi dairələrində Rusiyanın faciəvi sonluğu barədə versiyalar daha intensiv müzakirə olunur. ABŞ prezidentinin keçmiş müşaviri, amerikalı tədqiqatçı-strateq Tomas Qrem Kreml “tam qələbə”də israr etdikcə, Rusiyanın uzunmüddətli tükəndirmə savaşında hərbi-siyasi və iqtisadi gücünü itirəcəyini iddia edib. Onun fikrincə, Rusiya 2030-cu illərin ortalarınadək, hətta böyük nüvə arsenalını qorusa belə, “böyük güclər içində ən zəif bəndə” çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Kremlin ətrafında yaranmış belə qəliz situasiyada Rusiyanın gələcək taleyi ilə bağlı Tomas Qremin iddiaları indi daha böyük maraq doğurur. Çünki onun fikrincə, prezident Vladimir Putinin yerində başqa sağlam düşüncəli strateq olsaydı, Ukraynada simvolik qələbə elan edib, müharibəni mütləq dayandırardı. Ona görə ki, Kreml sahibinin “tam qələbə” israrı Rusiyanın hərbi və iqtisadi resurslarını "yeyir", manevr sahəsini daraldır.

1777922.jpg (42 KB)

Ona görə də, Ukrayna savaşının uzanması Rusiyanın deyil, məhz onun mövcud və potensial rəqiblərinin xeyrinədir. ABŞ və Avropa Birliyi minimum xərclə Rusiyanın hərbi potensialını zəiflətməyə nail olur. Potensial rəqiblərin sırasına daxil olan rəsmi Pekin isə Rusiyanın iqtisadi‑texnoloji və geopolitik istiqamətlərdə Çindən asılılığının artmasından tamamilə məmnundur.

Avropa Birliyi hərbi-siyasi cəhətdən daha sıx birləşir müdafiə qabiliyyətini artırır. Bu isə Rusiyanın yaxın çevrəsində sərt güc oyununu Kreml üçün daha da riskli edir. Ona görə də, Qərbdə hesab edirlər ki, növbəti onilliyin ortalarında Rusiya yeganə ciddi üstünlüyü – nüvə arsenalı istisna olmaqla, böyük güclər arasında "ən zəif halqa"ya çevrilə bilər. Hər halda, hazırda Kremlin məhkum qaldığı müharibə iqtisadiyyatı Rusiyada mülki sərmayəni sıxışdırır, innovasiyanı zəiflədir.

Digər tərəfdən, Kremlə qarşı texnoloji məhdudiyyətlər, eləcə də, sanksiyalar və ixrac nəzarətləri Rusiyada iqtisadi keyfiyyət standartlarını da sıradan çıxarır. Müttəfiqlik defisiti isə Rusiya diplomatiyasının manevr sahəsini daraldır. Enerji satışında qiymət endirimləri, məhdud alıcı çevrəsi və alternativ ödəniş sistemləri Kreml üçün ciddi maliyyə-iqtisadi kollaps yaradır.

ab-china-unnamed.png (211 KB)

Rusiyanın tükənmə prosesi ABŞ və Avropa Birliyi ilə yanaşı, Çin də ciddi şəkildə maraqlıdır. Çünki rəsmi Pekin “kiçik tərəfdaş” Rusiyaya İkitərəfli gündəmi daha rahat diktə edəcək, Mərkəzi Asiya və Arktik marşrutlarında Çinin hegemoniya rıçaqları artacaq. Ukrayna savaşı ABŞ və Qərbin resurslarını Avrasiya cəbhəsində saxlayaraq, rəsmi Pekinə Hind‑Sakit okean arealında əlavə vaxt qazandırır.

Rusiyanın dünya bazarlarından təcrid olunması rəsmi Pekinə neft‑qaz, kömür, metallarda aşağı qiymətlər təmin edir və Çin sənayesinin xərc bazasını ciddi şəkildə azaldır. Qərb şirkətlərinin çəkilməsi fonunda Çin brendləri Rusiya bazarında olduqca böyük iştirak payı qazanır. Və bu baxımdan, rəsmi Pekin üçün hazırda narahat ola biləcəyi əsas problem Rusiya ilə iqtisadi-ticari münasibətlər ucbatından məruz qalacağı sanksiyalardır.

Bütün bunlar onu göstərir ki, Çinə də sərfəli olan Ukrayna savaşı ABŞ və Avropa Birliyi üçün geostrateji hədəflərin reallaşdırılma məkanıdır. Qərbdə hesab edirlər ki, Ukrayna savaşı Rusiyadan gözlənilən hərbi təcavüz riskini minimuma endirənə qədər davam etməlidir. Buna paralel olaraq, NATO üzvü olan Avropa dövlətləri öz hərbi‑sənaye potensialını yüksəltmək, enerji və tədarük zəncirlərini təhlükəsizləşdirmək niyyətindədir.

ps-ts-tsps-images.jpg (6 KB)

Bu baxımdan, Ukrayna savaşı və Rusiya ətrafında yaranmış indiki situasiya bir neçə ssenari üzrə inkişaf edə bilər. Birinci ssenariyə görə, savaş uzandıqca, Rusiya daha da demilitarizasiyaya məruz qalacaq. Çin Rusiya üzərində asimmetrik geostrateji üstünlük qazanacaq. Və Avropa Birliyi ölkələri müdafiə sənayesini gücləndirərək, daha etibarlı təhlükəsizlik sistemi qurmağa imkan tapacaqlar.

Digər ssenariyə görə isə 2030-cu ilə qədər Rusiya nüvə silahından istifadə cəsarətindən məhrum, hətta öz sərhədlərinin toxunulmazlığını təmin etmək imkanları məhdudlaşmış nəhəng coğrafi areala çevriləcək. Rusiya geniş ərazili zəif dövlət kimi Qərbin və Çinin maraqları arasında çarəsiz qalacaq. Ən əsası isə bu, baş verərsə, Rusiya coğrafiyası, təbii resursları ABŞ və Qərblə Çin arasında "nifaq alması"na çevrilə bilər. Və bu halda, Rusiyanın təbii sərvətləri uğrunda qlobal güclərin qarşıdurması qaçılmaz xarakter alar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,/musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"

    Putinin köməkçisi: "Moskva "nəhəng ...

    10-06-2025, 10:58

  • 
  • Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur

    Kiyev Trampın "sülh masası"nı dağıtmağa ...

    8-08-2024, 22:48

  • 
  • Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb... - RUSİYA ABŞ-IN MÖVCUDLUĞUNA TƏHDİD HESAB EDİLİR

    Pentaqonun kəşfiyyat idarəsinin hesabatında ...

    4-05-2021, 10:36

  • 
  • Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket atıldı

    Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket ...

    7-03-2016, 14:18

  • 
  • Rusiya nüvə arsenalını gücləndirir, yeraltı hərbi obyektlərini modernləşdirir - Qərb mətbuatı

    Rusiya nüvə arsenalını gücləndirir, yeraltı hərbi ...

    15-12-2017, 11:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu