GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev nazirlərini niyə istefaya göndərməsindən danışdı

İlham Əliyev nazirlərini niyə istefaya göndərməsindən danışdı

Tarix: 18-01-2014, 11:05 Bölmə :Siyasət Baxış: 1 293
İlham Əliyev nazirlərini niyə istefaya göndərməsindən danışdı
Xəbər verdiyimiz kimi, yanvarın 17-də prezident İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edən dövlət başçısı bir sıra məsələlərə toxunub.

Prezident ölkədə “ASAN xidmət”in fəaliyyətinin genişləndiriləcəyini vurğulayıb. O bildirib ki, bütün bölgələrdə “ASAN xidmət”in yeni ofisləri açılacaq: “Gələcəkdə isə hər bir şəhərdə “ASAN xidmət” olacaq. Bununla bərabər, xidmətin funksiyaları da genişlənəcək. İndi biz fikirləşirik ki, daha hansı xidməti oraya əlavə edək”.

2013-cü ilin sonunda Bakıda “Şahdəniz-2” layihəsinin imzalandığını xatırladan Azərbaycan prezidenti deyib ki, bu məsələ çox gərgin bir şəraitdə reallaşıb: “Uzun illərdən, uzun müzakirələrdən sonra görəndə ki, artıq “Cənub qaz dəhlizi” layihəsi axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə öz üzərinə götürdü. “Şahdəniz-2” layihəsi gərgin şəraitdə imzalandı. İctimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyil. Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, son həftəyə qədər “Şahdəniz-2” layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular”.

İlham Əliyev 2013-cü ildə həyata keçirilən kadr və struktur dəyişikliklərindən də söz açıb: “Cəmiyyəti ən çox narahat edən sahələrdə kadr dəyişiklikləri edilib. Siz də bunu yaxşı bilirsiniz və işıqlandırmısınız. Təhsil, ordu quruculuğu sahələrində, sosial sahədə çox ciddi islahatlar başlayıb. Bu islahatlar artıq öz bəhrəsini verməkdədir. Dediyim sahələrdə və bütün başqa sahələrdə ictimai nəzarətin gücləndirilməsi əlbəttə, bizə kömək edəcək ki, xoşagəlməz halların qarşısının alınması istiqamətində daha da ciddi addımlar atılsın. Hər halda kadr və struktur dəyişikliyi, işə yanaşmada dəyişiklik artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən də əlbəttə ki, bunu qiymətləndirirəm və bu işlərə nəzarət edirəm. Elə etməliyik ki, Azərbaycanda bütün istiqamətlər üzrə ən qabaqcıl metodlar, ən mütərəqqi texnologiyalar tətbiq edilsin”.

Dövlət başçısı 2013-cü ildə BMT Təhlükəsizlik Şurasında fəaliyyətini başa vuran Azərbaycanın bu şuraya üzv olduğu iki ildə göstərdiyi fəaliyyətdən də danışıb: “2013-cü ildə biz BMT Təhlükəsizlik Şurasında fəaliyyətimizi uğurla, ləyaqətlə başa vurduq. İki il bundan əvvəl demişdim ki, biz BMT Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Belə də oldu. Biz hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoymuşuq. BMT Təhlükəsizlik Şurası elə bir qurumdur ki, orada mövqe bildirməmək mümkün deyil. Ona görə, bəzi ölkələr heç can atmır ki, ora üzv olsun. Çünki belə olan halda gərək öz mövqeyini ortaya qoysun. Cəmiyyətdə də, siyasətdə də, xarici siyasətdə də elə insanlar, elə ölkələr var ki, mövqe bildirmək istəmirlər, hamı üçün yaxşı olmaq istəyirlər. Təhlükəsizlik Şurası elə bir qurumdur ki, bu, mümkün deyil və əslində, biz heç vaxt belə yanaşmanı düzgün saymamışıq. Ondan əvvəlki dövrdə də, bu gün də, bundan sonra da hər bir mövzu ilə bağlı Azərbaycanın prinsipial mövqeyi var və bu mövqe bütün hallarda ədalətə, beynəlxalq hüquqa əsaslanır və əlbəttə ki, dövlətimizin maraqlarına söykənir”.

Eyni zamanda İlham Əliyev qeyd edib ki, Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməyi o qədər asan olmayıb: “Siz də yaxşı bilirsiniz ki, Azərbaycan 16 turdan sonra üzv seçilə bilib. Bunun da səbəbləri var. Bu səbəblər hələ tam açılmayıb. Bəlkə də vaxt çatmayıb. Ancaq deyə bilərəm, siz də bilirsiniz ki, ilk səsvermədə və axırıncı səsverməyə qədər Azərbaycan digər namizədləri böyük fərqlə qabaqlayırdı. Adətən fərq böyük olduqda digər namizədlər öz namizədliyini geri götürür. Ancaq bu dəfə belə olmadı. On altı tur lazım oldu ki, Azərbaycan üzv seçilsin. Deyə bilərəm ki, bizə qarşı ciddi müxalifət fəaliyyət göstərirdi. Ölkədaxili müxalifətdən fərqli olaraq, doğrudan da ciddi müxalifət idi. Ancaq buna baxmayaraq, biz prinsipial mövqe göstərdik, geri çəkilmədik. Hətta belə təklif edilmişdi ki, bəlkə Azərbaycan namizədliyini geri götürsün və artıq bir seytnot vəziyyət yaranmışdı. BMT praktikasında inanmıram başqa bir hadisə olsun ki, bu proses 16 tur və 3 gün davam etsin. Çünki yadımdadır, bizim xarici işlər naziri oraya ezam edilmişdi və mütəmadi qaydada məlumat verirdi. Beşinci gün bu proses dayandı, altıncı, bazar günlərində bəzi ölkələrlə iş aparıldı ki, Azərbaycanın namizədliyini dəstəkləməsinlər. Ondan sonra vəziyyət müəyyən qədər çətinləşdi. Ancaq BMT elə bir təşkilatdır ki, orada təzyiqlə nəyisə əldə etmək mümkün deyil. İki yüzdən çox üzv var və üzvlərin əksəriyyəti o qədər də zəngin ölkələr deyil. Ona görə, BMT-də ədalət, prinsipiallıq daha çox üstünlük təşkil edir, nəinki təzyiq və hansısa başqa metodlar.

Təhlükəsizlik Şurasına seçilməyimiz iki cəhətdən tarixi hadisədir. İlk növbədə, bu, bir tarixdir. Dünyanın bir nömrəli qurumu olan Təhlükəsiz Şurasına Azərbaycan iki dəfə sədrlik edib. İkinci tərəfi ondan ibarətdir ki, biz buna çətin mübarizə şəraitində nail olmuşuq. Biz bu çətin mübarizəyə öyrəşmişik. Burada da qeyd edildi ki, bəzi hallarda Azərbaycana qarşı aparılan qara piara baxmayaraq, bizim beynəlxalq nüfuzumuz da artır, ölkəmizin inkişafı da göz qabağındadır. Bizə qarşı olan hücumların arxasında bir neçə amil dayanır. Mən bu barədə demişəm, siz də bilirsiniz, dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı adətən təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir. Xüsusilə Azərbaycana - artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür.

Sirr deyil ki, bizim mövqeyimizdən ən azı bölgədə gedən proseslər asılıdır. Ancaq hazırda Azərbaycan, eyni zamanda, daha da böyük regionda söz sahibidir. Bizi kənara qoymaq mümkün deyil. Bizimlə hesablaşmamaq olar, ancaq nəticə olmayacaq. Azərbaycanın mövqeyini nəzərə almadan heç bir layihə burada işləməyəcək, icra edilməyəcək.

Ona görə təbiidir ki, bizə qarşı müxtəlif üsullarla təzyiq göstərilir. Biz buna öyrəşmişik, fikir vermirik. Əsas odur sən əmin olasan ki, düzgün yoldasan. Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin. Mənə prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir, nəinki Azərbaycanın iqtisadi müstəqilliyi. Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən məsələ həllini tapa bilər.

Ötən il keçirilən prezident seçkilərində də göstərilən etimad bir daha onu göstərdi ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı öz seçiminə sadiqdir. Deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin yetkinliyi, savadı, intellektual səviyyəsinin yüksək olması, əlbəttə ki, ictimai proseslərin müsbət istiqamətdə inkişafına xidmət göstərir”.

Çıxışının sonunda prezident İlham Əliyev deyib ki, 2013-cü il Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün də uğurlu olub: “Azərbaycanda bütün azadlıqlar - söz, internet azadlığı mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur. Azərbaycanda azadlıqlarla bağlı hər şey lazımi səviyyədə təmin edilir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi- Səbəb

    İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi- ...

    18-01-2014, 11:00

  • 
  • Azərbaycan 7 milyard dollar axtarır

    Azərbaycan 7 milyard dollar axtarır ...

    11-05-2016, 18:28

  • 
  • Azercell prezidenti “ASAN xidmət”lə tanış oldu

    Azercell prezidenti “ASAN xidmət”lə tanış oldu ...

    14-05-2013, 17:56

  • 
  • ASAN Xidmət şagird qəbulu aparacaq

    ASAN Xidmət şagird qəbulu aparacaq ...

    11-08-2016, 00:38

  • 
  • Prezident mətbuatın problemlərinin həllinə göstəriş verdi

    Prezident mətbuatın problemlərinin həllinə ...

    24-11-2013, 11:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu