Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilib.
Təşkilat Komitəsi üzvləri isə aşağıdakılardır:
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü; Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü; Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri; Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri; Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri; Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri; Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü; Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri; Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri; Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri; Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri; Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini; Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü; Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi; Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri; Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü; Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti; Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri; Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü; Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü; Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru; Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru; Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi).
2013-cü il 24 iyul tarixdə IV İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qəbul edilib. IV İslam Həmrəyliyi Oyunlarına 57 ölkədən idmançıların gələcəyi nəzərdə tutulub. Bunlar arasında Səudiyyə Ərəbistanı, , Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Özbəkistan, Mərakeş, İran, Albaniya, Maldiv adlarıvə.s ölkələrin adlarıda var.
IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyi məkanlar
Mehriban Əliyeva bu ilin iyununda Azərbaycanda keçirilən Bakı - 2015 Birinci Avropa oyunlarının təşkilat komitəsinin sədri olub. Oyunların yüksək səviyyədə təşkil olunmasını təmin edən Mehriban Əliyevanın 2017-ci ildə IV-cü islam oyunlarının təşkilat komitəsinin rəhbəri seçilməsi bu beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə zəmanət verir.
Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?