Rəqibinin xal itkisindən maksimum yararlanan "Real" "Almeriya"ya divan tutub
Futbol üzrə İspaniya La Liqsında 33-cü turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 4 görüş baş tutub. "Selta" öz meydanında "Real Sosyedad" bərabərliyə razı olub - 2:2. "Vilyarreal" "Levante"ni, "Qranada" isə "Barselona"nı minimal hesabla məğlub edib. 3 gün əvvəl isə katalonlar Atletikoya eyni hesabla çempionlar liqasında məğlub olmuşdular. Beləliklə də onlar 2008-ci ilin avqustundan bəri ilk dəfə ardıcıl 2 dəfə meydanı qol vurmadan tərk ediblər. Həmin vaxt "Barselona" "Visla" və "Numansiya" ilə oyunlarda qol vura bilməmişdi. Tutun digər oyununda isə əsas rəqibinin xal itkisindən maksimum yararlanan "Real" "Almeriya"ya divan tutub - 4:0. Turun digər oyunları bu gün və sabah keçiriləcək.
İspaniya La Liqası / 33-cü tur 11 aprel
Osasuna - Valyadolid - 0:0
12 aprel Selta - Real Sosyedad - 2:2 Qollar: Nolito, 37-pen, Mina, 82 - Kanales, 8, Qrizmann, 43.
Vilyarreal - Levante - 1:0 Qol: Perbet, 90.
Qranada - Barselona - 1:0 Qol: Brahimi, 16.
Real - Almeriya - 4:0 Qollar: Di Mariya, 28, Beyl, 53, İzko, 56, Morata, 85.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?