Futbol üzrə İspaniya çempionatında 22-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. “Valladolid” evdə “Athletic”lə üz-üzə gəlib. Tərəflər meydandan sülhlə ayrılıblar. İkinci oyun günündə “Osasuna” “Celta”nı, “Getafe” “Deportivo”nu, “Espanyol” “Levante”ni məğlub yola salıb. “Granada”nın qonağı olan “Real” da turu məğlubiyyətlə başa vurub. Nəhayət, turun son oyun günündə “Malaga” “Zaragoza” ilə heç-heçə edib. “Sevilla” “Rayo Vallecano”nı məğlub yola salıb. “Valencia” “Barcelona”dan xal alıb. “Atletico” “Betis”, “Real Sociedad” “Mallorca”nı məğlub yola salıb.
Sorğu
Yeni dizaynımız necədir?