Artıq hər kəsin səbirsizliklə gözlədiyi, qitənin 1 nömrəli klub turnirinin finalı oynandı. “gundemxeber.az” xəbər verir ki, “Real Madrid” “Atletiko Madrid”lə qarşılaşdı. Bir tərəfdə 12 illik fasilədən sonra kubok həsrəti ilə alışıb yanan “Real”, digər tərəfdə La Liqanın son qalibi “Atletiko Madrid” var. Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda qarşılaşmalı oldu. Dieqo Qodinin qolu 36-cı dəqiqədə “Atletiko Madrid”i hesabda önə keçirdi. İlk 45 dəqiqə “Atletiko Madrid”in 1-0 hesablı qələbəsi ilə başa çatdı. 93-ü dəqiqədə “Real Madrid”in bərabərlik qolunu Serxiyo Ramos vura bilib. Görüşün əsas vaxtı 1-1 hesabı ilə başa çatdığına görə 30 dəqiqəlik əlavə vaxt oynanıldı. Qaret Beyl və Marselo “Real Madrid”ə 10-cu kuboku qazandırdı. Görüşdə son nöqtəni Ronaldo penaltıdan qoydu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?