Bu gün klublar arasında dünya çempionatının final oyunu keçirilib.
Axar.az xəbər verir ki, həlledici oyunda “Real Madrid” Yaponiyanın “Kasima Antlers” klubu ilə qarşılaşıb.
Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştiano Ronaldo vurub.
Qeyd edək ki, bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.
Üçüncü yer uğrunda mübarizədə Kolumbiyanın “Atletiko Nasional” klubu Meksikanın “Amerika” komandasına penaltilər seriyasında qalib gələrək bürünc medal qazanıb.
Sorğu
Yeni dizaynımız necədir?