“Azərbaycan yığmasının rəqib seçilməsində məqsədimiz var. Ola bilər ki, rəqibimiz top-komandalar siyahısına daxil deyil. Amma bunun da səbəbi var”. Apasport.az xəbər verir ki, bu sözləri sabah millimizlə qarşılaşacaq ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann deyib. O, komandasının iki həftə sıx qrafikdə oynayacağını bildirib: “Biz uzun müddətdən sonra yığışmışıq. İlk oyunda çətin komanda ilə üz-üzə gəlmək istəmirdik. Çünki ayaqlarımız ağırlaşa bilər. İnanıram ki, qələbə qazanmaqla uğurlu bir seriyaya başlayacağıq. Qələbə özünəinamı yaratmaq üçün vacib amildir. Artıq bizim üçün bundan sonra iki ağır həftə olacaq”. Klinsmann gənc futbolçulara daha çox şans vermək istəyindədir: “Gənclərə oynamaq üçün daha çox şans verməliyik. Bu heyətin necə bir gücə malik olduğunu görmək lazımdır. Çünki 3 həftə sonra Qana ilə ağır oyun olacaq. Bu hazırlıqlardan sonra nəyə nail olduğumuzu DÇ-nin startında görəcəyik. Əsas məqsədim komandada olan problemləri və inkişafı görməkdir. Yoldaşlıq görüşlərində baxmaq istəyirəm ki, futbolçular meydanda bir-birini necə başa düşürlər. Yaxşı və təkmilləşdirilmiş komanda qurmaq istəyirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?