“Komandam “Palermo”ya qarşı oyunda bacardığı hər şeyi etdi. Sadəcə, adi bir səhvdən qol buraxdıq. İndi qarşıdakı çempionat və Avroliqa matçına hazırlaşmalıyıq”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Matsarri deyib.
Avroliqanın qrup mərhələsinə “Qarabağ”ın rəqibi olan Milan təmsilçisinin çalışdırıcısı oyunlarını sıx qrafikdə keçirdiklərini bildirib: “Biz çox sıx qrafikdə oynayırıq. Ardıcıl olaraq “Atalanta”, “Kalyari” və “Qarabağ”la üz-üzə gələcəyik. Bu qarşılaşmaların hər biri bizim üçün çətin və vacibdi. Qələbə üçün bütün gücümüzdən istifadə edəcəyik. Qarşıdakı hər 3 oyunumuz ölüm-dirim mübarizəsi olacaq. Avroliqada da uğur qazanmaq istəyirik. Çempionatda vəziyyətimiz heç də ürəkaçan deyil. “Palermo” ilə görüşdə Nemanya Vidiçin səhvindən qol buraxdıq. Amma Vidiç yaxşı futbolçudu və inanıram ki, bu səhvini unutduracaq. Əsas odu ki, bizim yaxşı komandamız var”.
Xatırladaq ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 2-də Milan şəhərindəki “Cuzeppe Maetsa” stadionunda keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?