Braziliya-Almaniya oyunu zamanı yerli azarkeşlər özündən çıxıb. Braziliya yığmasının futbolçusu Fredin sərgilədiyi oyun azarkeşləri razı salmayıb və nəticədə futbolçu fitə basılıb.
Azarkeşlərin sərt reaksiyasına tab gətirə bilməyən Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari 69-cu dəqiqədə Fredi Villiam ilə əvəz edib. Lakin bu da braziliyalı azarkeşlərin ürəyinə su səpməyib.
Belə ki, oyun başa çatandan sonra əsəbi azarkeşlər Fredə hücum çəkərək döyməyə çalışıb. Təhlükəsizlik qüvvələri son anda vəziyyətə müdaxilə edib və Fredi hadisə yerindən uzaqlaşdırıb.
Polis futbolçuya hücum edən azarkeşlərdən bəziləri saxlayıb.
Qeyd edək ki, dünya çempionatının yarımfinalında Braziliya yığması Almaniya millisinə 1:7 hesabı ilə məğlub olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?