Almaniya millisinin futbolçusu Bastian Şvaynştayqer “DÇ-2014″ün yarımfinalında qarşılaşacaqları Braziliya ilə oyun haqda danışıb. Təcrübəli futbolçu şərəfini qoruduğu “Bavariya” klubunun rəsmi saytına açıqlamasında Braziliyanı 90 dəqiqə ərzində məğlub edəcəklərinə inandığını bildirib: “Komandada əla atmosfer var. Hətta 30 gün sonra da biz bundan zövq alacağıq. Biz öz gücümüzü ortaya qoymuşuq və mundialda mübarizəni davam etdiririk. Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm. 90 dəqiqə və hətta daha çox oynaya bilərəm. Ümid edirəm ki, Braziliya ilə oyunda qələbə üçün bizə 90 dəqiqə bəs edəcək”. Qeyd edək ki, Braziliya – Almaniya sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?