Dekabrın 5-də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına yekun vuruldu. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutdu. Keçirilən 8 oyundan sonra E, F, G və H qruplarında da 1/8 finala vəsiqə qazanan komandaların adlarına aydınlıq gəldi.
Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Portuqaliyada idi. Burada yerli "Braqa" klubu Türkiyənin "Qalatasaray" komandasını sınağa çəkirdi. Milli.Az bildirir ki, "Cim Bom" bu görüşdə Burak və Aydın Yılmazların qolları ilə 1/8 finala vəsiqəni təmin etdi.
Qeyd edək ki, dünən keçirilən oyundan sonra PSJ, "Porto", "Şalke", "Arsenal", "Malaqa", "Milan", "Borussiya" (Dortmund) və "Real" (Madrid) komandaları 1/8 finala vəsiqə qazanıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?