Bu gün Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.
A qrupunda “Benfika” öz meydanında “Zenit”i, “Yuventus” isə “Malmö”nü qəbul edəcək. B qrupunda “Liverpul” evdə sürpriz şəkildə qrup mərhələsinə vəsiqə qazanan “Ludoqorets”i sınağa çəkəcək. Qrupun digər oyununda “Real” (Madrid) klubu “Bazel”lə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunda “Bayer” (Leverkuzen, Almaniya) klubu Fransada “Monako”nun, “Atletiko” (Madrid, İspaniya) klubu isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Azərbaycanlı azarkeşlərin bütün diqqəti D qrupuna yönələcək. Burada Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” klubu evdə “Anderlext”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, ÇL-in qrup mərhələsinin ilk turunun qalan görüşləri sabah axşam keçiriləcək. 16 sentyabr Çempionlar Liqası, qrup mərhələsinin ilk turu A qrupu 23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) 23:45. “Yuventus” (İtaliya) – “Malmö” (İsveç) B qrupu 23:45. “Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) 23:45. “Real” (Madrid, İspaniya) – “Bazel” (İsveçrə)
C qrupu 23:45. “Monako” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) 23:45. “Olimpiakos” (Yunanıstan) – “Atletiko” (Madrid, İspaniya) D qrupu 23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə) 23:45. “Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika) 17 sentyabr E qrupu 23:45. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 23:45. “Roma” (İtaliya) – CSKA (Moskva, Rusiya) F qrupu 23:45. “Ayaks” (Hollandiya) – PSJ (Fransa) 23:45. “Barselona” (İspaniya) – APOEL (Kipr) G qrupu 23:45. “Çelsi” (İngiltərə) – “Şalke” (Almaniya) 23:45. “Maribor” (Sloveniya) – “Sportinq” (Portuqaliya) H qrupu 23:45. “Portu” (Portuqaliya) – BATE (Belarus) 23:45. “Atletik” (Bilbao, İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?