"Yaxşı oyun alındı. Mərhələnin ilk matçı üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm".
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la keçirilən ilk oyunundan sonra "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov deyib.
Baş məşqçi 6:0 hesablı qələbədən sonra bunları bildirib: "Sumqayıt"a uğurlar arzu edirəm. İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər olacaq. Amma indidən deyə bilmərəm. Çünki Premyer Liqa oyunumuz var".
Qurbanov "Beşiktaş"la yoldaşlıq oyunu haqqında gəzən xəbərlərə də münasibət bildirib: "Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?