İnternetdə məşhur amerikalı futbolçunun nişanlısını nokauta saldığı görüntülər yayılıb. Hadisə futbolçu Reys Rays və nişanlısı Caney Palmeri arasında baş verib. İnsident bu ilin fevral ayında baş versə də xarici portalların birində bu video görüntülər yalnız 7 sentyabr tarixində yayılıb. Video yayıldıqdan sonra isə bu hadise ABŞ idman dünyasında və ictimaiyyətdə böyük hiddətə səbəb olub.
Bizimyol.info xəbər verir ki, videonu izlədikdən sonra ictimaiyyətin sərt reaksiyası təəccüb doğurmur. Müşahidə kamerasındakı görüntülərdən görünür ki, cütlük mübahisə aparır sonra isə liftə daxil olurlar. Liftin qapıları bağlandıqdan sonra Rays nişanlısına zərbə endirir. Aldığı zərbə nəticəsində Caney, huşunu itirmiş vəziyyətdə yerə yıxılır. Video yayıldıqdan sonra Amerika Milli Futbol liqası (AMFL) futbolçunu cəmi iki oyundan xaric edib. Lakin ictimayyətin təzyiqindən sonra liqa, Raysı 6 matçdan xaric etmək qərarına gəlib. Daha sonra isə liqa, Raysı qeyri-müəyyən müddətə xaric edib. Hal-hazırda cütlük artıq evlidirlər. Sonuncu dəfə cütlük publika qarşısında olarkən Raysın futboldan xaric edilməsinin qarşısını almaq məqsədi ilə Caney, nokauta düşməsində özünün günahkar olduğunu bildirib və deyəsən buna nail olublar. AMFL da idmançını artıq uzun-uzadı oyundan kənarda saxlaya bilməz. İdmançının futbol meydanına qayıdışı 12 sentyabrda baş tutacaq. Laikin, 27 yaşlı idmançı qadına qarşı zorakılığına görə 3-5 il arası müddətə həbs edilə bilər. AMFL-in komissarı Rocer Qudell belə halların təkrarlandığı təqdirdə həmin şəxsə qarşı daha sərt sanksiyaların və cərimələrin tətbiq edəcəyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?