UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub. İkinci oyun günündə A, B, C və D qruplarında çıxış edən komandalar münasibətlərinə aydınlıq gətirib.
Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma İtaliyada keçirilib. Turində “Yuventus”un qonağı olan İstanbulun “Qalatasaray” klubu qrupda ilk xalını qazanıb.
Madridin “Real” klubu isə “Santyaqo Bernabeu”da “Kopenhagen”i sınağa çəkib. La Liqadakı uğursuz nəticələrə görə tənqid olunan Karlo Ançelottinin komandası ÇL-də növbəti böyükhesablı qələbəsini qazanıb.
Günün digər matçlarında da azarkeşlər maraqlı oyunlara tamaşa edib. Ukrayna “Şaxtyor”u doğma arenada ingilis nəhəngi “Mançester Yunayted”lə heç-heçə edib, “Bavariya” isə səfərdə “Mançester Siti”ni məğlub edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?