"Barselona" və "Espanyol" klubları La Liqadan kənarlaşdırıla bilər. Bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tebas açıqlama verib.
Federasiya rəhbəri bildirib ki, Kataloniya müstəqilliyini elan etsə, bu iki klub İspaniya çempionatında çıxış edə bilməyəcək: "Kataloniya müstəqilliyini elan edərsə, "Barselona" və "Espanyol" La Liqada oynaya bilməz. Qaydalarımıza görə, İspaniyanın xaricindən La Liqada oynamağa yalnız bir ölkənin komandaları dəvət edilə bilər ki, bu da Andorradır. Başqa komandaların çempionatda çıxış etməsi ancaq dövlətlərin anlaşması və qanun dəyişikliyindən sonra mümkün ola bilər. Açığı, mən "Barselona" və Messinin olmadığı bir La Liqanı xəyal edə bilmirəm".
Qeyd edək ki, Kataloniyada noyabrın 9-a təyin olunan referendum Konsitutsiya Məhkəməsi tərəfindən dayandırılıb. Lakin Kataloniya rəhbərliyi referendumun keçirilməsi üçün israrını davam etdirir. (faktxeber)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?