“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Dnepr” futbol klubu ilə Avro Liqanin qrup mərhələsi çərçivəsində keçiriləcək matçqabağı mətbuat konfransı təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, Qurbanov rəqib komandanın yüksək ustalıq səviyyəsinə malik futbolçularının olduğunu vurğulayıb:
“Sent Etyen” oyunundan fərqli matç olacaq. Hər iki matçın nəticəsi önəmlidir. Rəqib komandanın futbolçularını yaxşı tanıyırıq. Heyətimizdə zədəli futbolçuların olması bizim üçün faciə deyil. Biz onlarsız da qalib gələ bilərik və bunu da bacarmalıyıq. Millinin böyük hesabla Xorvatiyaya məğlub olması medianın təsiri ilə də futbolçularımızı təzyiq altında saxlayıb. Lakin onlar profesionallardır. Qalib gəlmək, oynamaq onların borcudur”.
Qeyd edək ki, “Qarabağ” sabah səfərdə “Dnepr”in qonağı olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?